Yaxın saatlarda Şuşa yaxınlığındakı posta qumbara atan şəxs Xankəndidəki separatçılara “təhvil” veriləcək.
Bu barədə Qarabağdakı separatçı-terrorçuların “ombudsmanı” Geqam Stepanyan məlumat yayıb.
Stepanyan bildirib ki, hazırda terrorçu Norayr Mirzoyan rus sülhməramlılarının qərargahındadır.
Qeyd edək ki, erməni terrorçular Norayr Mirzoyanın Azərbaycana təhvil veriləcəyi halda Rusiya səfirliklərində terror aktı həyata keçirəcəklərini açıqlamışdılar.





