"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Praqa Bəyanatı Azərbaycanın növbəti diplomatik uğurudur

08 Oktyabr 2022 - 13:26
in XƏBƏR LENTİ

QÜDRƏT HƏSƏNQULİYEV: “ERMƏNİSTAN BUNDAN SONRA İNDİKİ RAZILAŞMADAN QAÇARSA AZƏRBAYCANA İMKAN VERƏCƏK Kİ, ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ SUVERENLİYİNİ TƏMİN ETMƏK ÜÇÜN DAHA SƏRT QƏRARLAR QƏBUL ETSİN”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir

– Qüdrət bəy, Prezidentin Paşinyanla Praqa görüşünün nəticələrini necə qiymətləndirərdiniz?

– Həmin görüşün nəticələrinə dair açıqlanan Bəyanat Azərbaycanın növbəti diplomatik uğurudur. Ermənistan bundan sonra indiki razılaşmadan qaçarsa Azərbaycana imkan verəcək ki, öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün daha sərt qərarlar qəbul etsin. Ermənistan öz öhdəliklərini yerinə yetirməli, Zəngəzur dəhlizi açılmalı, Qarabağda Ermənistanın nə bir əsgəri, nə də bir vətəndaşı qalmamalıdır. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Ermənistana vaxt qoymalı, bu barədə Rusiyanı vasitəçi ölkə kimi xəbərdar etməlidir. Vaxt bitənə qədər Ermənistan tərəfindən müvafiq addımlar atılmazsa Laçın koridoru bağlanmalı, Qarabağda ermənilərin yaşadığı ərazilərdə anti-terror əməliyyatı həyata keçirilməlidir. Yoxsa, ola bilməz ki, 10 noyabr 2020-ci ildə imzalanmış birgə Bəyanatın ermənilərin maraqlarına cavab verən bəndləri dərhal icra olunsun, amma digərləri yox. Azərbaycan rəsmiləri çəkinmədən bu barədə açıq danışmalı, dünya birliyini və ermənilərin havadarlarını öncədən xəbərdar etməlidir. Əks halda, əminliklə deyirəm ki, onlar mənasız danışıqları özləri üçün əlverişli geosiyasi vəziyyət yaranana qədər uzadacaqlar.

– Kırım körpüsünün partladılması və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları barədə nə deyə bilərsiniz?

– Qərb, bir neçə kiçik ölkə istisna olmaqla, Rusiyanı razı salacaq sənədlərə imza atması üçün Rusiyanın Ukraynada hakimiyyəti dəyişməsinə psixoloji baxımdan hazır idi. Ukraynaya silahın verilməməsi də bununla bağlıydı. Hətta Almaniya Ukraynanın silah istəməsinə belə cavab vermişdi ki, “silah nəyinizə lazımdır, iki gündən sonra yeni siyasi reallıqlar ortaya çıxacaq”. Amma Ukrayna prezidentinin cəsarəti, Ukrayna ordusunun və xalqının şücaəti başqa siyasi reallıqlar yaratdı. ABŞ başda olmaqla, bir çoxları öz xalqlarının səsini eşitməyə, qərarlarına yenidən baxmağa məcbur oldular. Ukraynanın qısa müddətdə işğalı baş tutmayanda artıq Rusiya ordusunda və siyasi həyatında problemlər ortaya çıxmağa və yaranmağa başladı. Bu zaman həm uğusuzluqlar üçün günahkarlar axtarışı, həm də hakimiyyətə iddialıların təxribatlara başladı. Cəbhədə məğlubiyyətlər fonunda səfərbərlik qərarı isə ictimai narazılığı xeyli artırdı.

Yadınıza salın, bizdə 12-13 sentyabrda Ermənistanla sərhəddə toqquşma olanda “öz ermənilərimiz” necə yasa batmışdılar və Azərbaycana qarşı informasiya savaşında Ermənistandan öndə getmələri azmış kimi, imkanları olsaydı silahlanıb Azərbaycan Ordusu ilə vuruşardılar.

Kırım körpüsü ciddi qorunurdu, ona görə onun partladılmasında Putinin hakimiyyətdən getməsini istəyən rusların Ukraynaya kömək etməsi ehtimalı çox böyükdür. Rusiya ordusunun döyüş ruhu aşağıdır, NATO Ukrayna ordusunu kəşfiyyat məlumatları və müdafiə olunmaları üçün silahla təmin edir, daha qabiliyyətli NATO generalları döyüş əməliyyatlarının hazırlanmasında iştirak edir. Bu da adi silahlarla döyüşdə uduzan Rusiyanın nüvə silahından istifadə etmə ehtimalını artırır. Hələlik müharibənin nəcə yekunlaşacağını proqnozlaşdırmaq çox çətindir. Qərb Rusiyanın qalib gəlməsini istəmədiyi kimi onun dağılmasına yol aça biləcək məğlubiyyətini də istəmir. Məhz bu səbəbdən, Ukraynaya uzaq mənzilli raketlər, döyüş təyyarələri, dronlar, tanklar verilmir. Bu gündən prosesləri qiymətləndirəndə, inanmıram ki, Qərb Ukraynanı 1991-ci il sərhədlərinə çıxana qədər dəstəkləsin və onu dayandırmasın. Gələcəkdə hadisələrin necə olacağını isə yalnız Allah bilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyadan Krım körpüsündəki partlayışa reaksiya

Next Post

Krım körpüsündə partlayış: Bu, hələ başlanğıcdır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Krım körpüsündə partlayış: Bu, hələ başlanğıcdır

Krım körpüsündə partlayış: Bu, hələ başlanğıcdır

Türkiyə F-16 əvəzinə bu qırıcını ala bilər

Türkiyə F-16 əvəzinə bu qırıcını ala bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.