"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Praqa görüşü Azərbaycanın geosiyasi maraqlarını təmin etmək baxımından əlverişlidir”

06 Oktyabr 2022 - 20:30
in MÖVQE

“Ölkəmiz və bölgəmiz üçün önəmli hadisələrin baş verdiyi bir dönəmdən keçirik. Dünən (oktyabrın 5-də) Ağdamda işğaldan azad edilmiş şəhər və rayonlarımızın gələcək taleyində olduqca önəmli rol oynayacaq mühüm bir tədbir – BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda 1-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Ölkə başçısı İlham Əliyevin forumdakı çıxışını yəqin ki, hamınız izləmisiniz. Bu gün (oktyabrın 6-da) isə Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası baş tutdu. Prezident İlham Əliyev bu toplantıya da qatıldı”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikiləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında bildirib:

“Dünənki və bu günkü toplantılar arasında ilk baxışdan heç bir əlaqə görünməsə də, ancaq Prezident İlham Əliyev Milli Şəhərsalma Forumunda çıxışı zamanı Ermənistana və onun havadarlarına ünvanladığı açıq və qətiyyətli ismarıclarıyla hər iki toplantı arasında sinxron bağlılıq qurdu. Bu ismarıclar həm də ona görə xüsusilə əhəmiyyətli idi ki, ertəsi gün (yəni bu gün) Praqada keçirilən Əliyev-Paşinyan-Makron və Şarl Mişel dördtərəfli görüşü ərəfəsində verildi. Həmin ismarıclar rəsmi Bakının Praqa görüşündə tutacağı mövqenin bəlirtisi, anonsu idi.
Belə ki, İlham Əliyev Milli Şəhərsalma Forumunda çıxışında birmənalı surətdə bəyan etdi ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”. Bu Azərbaycan tərəfinin ən önəmli mesajlarından biri idi və bu mesaj Makron-Paşinyan “tandem”inin Qarabağ ermənilərinin həm “status”u, həm də rəsmi Bakı ilə danışıqlarda tərəf kimi işirak etməsi məsələsini gündəmə gətirmək istəklərini bəri başdan alt-üst etdi. Yəni ki, bununla Paşinyana və onun havadarlarına tam aydın şəkildə bildirildi ki, bu cür təxribatçı təkliflər Bakı üçün qəbuledilməzdir və Ermənistan tərəfi bizim bu kimi məsələlərdə güzəştə gedəcəyimizə qətiyyən ümid bəsləməsin. Çünki Azərbaycanın istər güzəşt limiti, istərsə gözləmə limiti artıq çoxdan tükənib.
İlham Əliyev Praqaya nəyisə güzəştə getmək üçün yox, nəticə əldə etmək üçün gedib. Nəticələr də olacaq. Buna heç kimin şübhəsi olmasın. İstər Əliyev-Paşinyan-Makron-Şarl Mişel dördtərəfli görüşü, istər Ərdoğan-Paşinyan görüşü, istərsə də “Avropa siyasi birliyi” Zirvə Toplantısında yüksək səviyyədə təmsil olunmağımız Ermənistan-Azərbaycan münasibətlərinin normal məcraya düşməsi yönündə öz müsbət nəticələrini verəcək. “Avropa siyasi birliyi” platformasında təmsil olunmağımız hər şeydən öncə Azərbaycan həqiqətlərinin birbaşa Avropa liderlərinin diqqətinə çatdırılması baxımından bizim üçün yeni imkanlar açır. Zirvə toplantısının gedişində liderlərin fikir mübadiləsi apardığı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərinin hər biri Azərbaycan üçün də olduqca əhəmiyyətlidir.
Bir sözlə, Praqa görüşləri Azərbaycanın öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək baxımından kifayət qədər əlverişli və perspektivlidir. Bu görüşlər həm də Ermənistan liderini sülhə dair qətiyyətli mövqe tutmağa sövq etmək üçün faydalıdır. Paşinyan bu görüşlərin gedişində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini və qaçılmazlığını həm özü tam və qəti şəkildə dərk etmiş olacaq, həm də öz vətəndaşlarını sülhə hazırlamaq baxımından opponentlərinə qarşı debatlar üçün yeni əsaslandırmalar təqdim etmək imkanı qazanacaq. Ümumən, Praqa görüşləri sülhə sadiqliyin təsdiqi baxımından və sülhə yaxınlaşmaq üçün dönüş nöqtəsi ola bilər. İlham Əliyev Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə Azərbaycanın Brüssel formatını dəstəklədiyini dilə gətirməklə sülhə sadiqliyimizi bir daha nümayiş etdirdi. Bu baxımdan, Praqa görüşlərinə ilk növbədə Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıran növbəti bir mərhələ kimi baxmaq lazımdır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı “yaşıl” enerjinin etibarlı mənbəyi olacaq – Nazir

Next Post

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib

Praqada Ərdoğan – Paşinyan görüşü baş tutub

Praqada Ərdoğan - Paşinyan görüşü baş tutub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.