"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentə göstərilən hərbi texnikalar hansılardır? – FOTOLAR

24 Yanvar 2017 - 13:02
in XƏBƏR LENTİ

Ötən gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Dövlət başçısına “N” hərbi hissədə yaradılan şərait və hərbi texnika barədə ətraflı məlumat verilib. Mərasimdə ölkə başçısına təqdim olunan hərbi texnikalar diqqət çəkib. Onların arasında yerli istehsal “Matador” və “Marauder” da nümayiş etdirilib.

Hərbi ekspert Rəşad Süleymanov  bildirib ki, Azərbaycanda istehsal olunan “Matador” və “Marauder maşınları ilk dəfə geniş nümayiş etdirilirdi:

“Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder”in istehsalına 2010-cu ildən başlanılıb. Birgə istehsal olunan bu maşınlar zirehli nəqliyyat vasitələri olaraq ən yüksək qorunmaya malikdir. Onlar tank əleyhinə minaların partlaması halında belə şəxsi heyəti qəlpələrdən və partlayışın təsirlərindən mühafizə edir.

“Matador” və “Marauder” şəxsi heyətin daşınması, yaralıların döyüş zonasından evakuasiya edilməsi üçün nəzərdə tutulub. Texnikalar 10-15 kiloqram TNT (tratil) partlayışına davam gətirir. Həmçinin yanlardan 155 mm çaplı top mərmilərinin partlayışı zamanı maşın aşmır və heyəti xəsarət almaqdan qoruyur. Balistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir.

“Matador” və “Marauder” “Samson” modulu ilə silahlandırılıb. Modul 14,5 və ya 12,7 mm pulemyot ilə təchiz olunub”.

R.Süleymanov xatırladıb ki, aprel döyüşlərində və ondan sonraki dönəmdə Müdafiə Nazirliyinin rəhbərliyinin ön xəttə gedərkən bu maşınlardan istifadə etməsi adıçəkilən maşınlara inamın yüksək olduğunu göstərir.

Hərbi ekspertn fikrincə, nümayiş olunan texnikalar arasında son illər aldıqlarımız üstünlük təşkil edib.

“Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulan “Sand Cat” maşınları və Türkiyə istehsalı olan TR-300 Qasırğa raket komplekləri nümayiş olunub. Azərbaycanın 2016-cı ilin ortalarında İsraildən aldığı “Sand Cat” (Çöl pişiyi) maşınları “Samson MLS” döyüş modulu ilə silahlandırılıb. Modula bir ədəd 12,7 mm çaplı pulemyot və iki ədəd “Spike” tank əleyhinə raket daxildir. Həmin silahlar maşının içindən manitor vasitəsilə idarə olunur.

Həmçinin korpusun arsenalında olan özüyeriyən artileriya vasitələri, o cümlədən Silahlı Qüvvələrimizin Rusiyadan 2013-2016 cı illərdə aldığı BMP-3 piyada döyüş maşınları və BTR-82A zirehli transportyorı da yer alıb.

Azərbaycanda yerli müəssisədə İsrail ilə birgə modernizasiya edilmiş T-72SİM 1 “Aslan” tankları da nümayiş olunan texnikalar arasında idi”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tramp 400-dən çox şirkətdən istefa verdi

Next Post

ABŞ-ın yeni administrasiyasının atdığı bu addım bir mesajdır — Politoloq rəyi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ-ın yeni administrasiyasının atdığı bu addım bir mesajdır — Politoloq rəyi

Nazirdən pensiyalarla bağlı önəmli Açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.