Biz əlimizdən gələni edəcəyik ki, Qafqazda vəziyyət sabit olsun.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.
“Hazırda əsas məsələ iki dövlət arasında münasibətlərin normallaşma prosesini dağıtmamaq, bu istiqamətdə irəliləyişə nail olmaqıdır. Rusiya tərəfi də bu prosesə öz töhfəsini verir. Həmçinin baş nazir müavinləri səviyyəsində danışıqlar aparılır”, – Prezident vurğulayıb.
Dövlət başçısı əmin edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın öhdəliklərinə sadiqdir.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...




