Prezident Rəcəb Tayyib Ərdoğan və yeni kabinet üzvləri Nazirlər Kabinetinin ilk iclasından əvvəl Anıtkabiri ziyarət edib. Xüsusi dəftəri imzalayan Ərdoğan, “Cümhuriyyətimizin 100-cü ildönümünə çatmağın həyəcanını yaşadığımız bu ili yüksəliş dövrümüzün başlanğıcı edəcəyik”,-mesajını verib.
Elchi.az “Haber Global”-a istinadən xəbər verir ki, Prezident Ərdoğan yeni kabinet üzvləri ilə birlikdə “Anıtkabir”-i ziyarət edib, Atatürkün məqbərəsinə əklil qoyub.
Daha sonra Ərdoğan Milli Pakt Qülləsində xüsusi kitabı imzalayıb və bu mesajı oxuyub:
“Hörmətli Atatürk, Prezident Hökümət Sisteminin ikinci dövründə yeni kabinet üzvlərimizlə qarşınızdayıq. Bu gün ilk toplantını keçirərək Türkiyə Əsrini qurmaq hədəfi ilə yola çıxırıq. 85 milyonun hamısına xidmət edəcəyik. Cümhuriyyətimizin 100 illiyinə çatmağın həyəcanını yaşadığımız bu ili yüksəliş dövrümüzün başlanğıcı edəcəyik. Rəbbim bizi utandırsın, ruhunuz şad olsun”.
Nuranə Məmmədova





