Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə edib.






