"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Prezident Azərbaycanı hər sahədə qalib görmək istəyir” – AÇIQLAMA

28 Aprel 2015 - 20:46
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bakıda başlayacaq İlk Avropa Oyunları ənənəvi və yeni medianın gündəmindədir.  Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu oyunlara xüsusi maraq göstərir, onun keçirilməsini ölkəmiz üçün böyük uğur hesab edirlər. Lakin çox təəssüf ki, Avropa Oyunları ilə bağlı başqa vaxt özünü “avropapərəst” elan edən bəzi arginal şəxslər tərəfindən neqativ rəy yaradılmağa cəhd göstərilməsi də diqqətdən yayınmır.  “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bu cür cəhdləri səmərəsiz sayıb. 
Aynur Camalqızı bildirib ki, ilk Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etmək üçün bütün gücünü, imkanlarını səfərbər edib: “Bizim üçün bu, yalnız idman yarışması deyil. Bu tədbir Azərbaycan dövlətinə özünü dünyaya bir daha təqdim etmək üçün gözəl fürsət yaradır. Dövlətimiz bu tədbirə ev sahibliyi etməklə mədəniyyətimizin, milli-mənəvi dəyər və sərvətlərimizin Qərbin,  Avropanın  multikultural dünyasının ayrılmaz bir parçası olduğunu nümayiş etdirmək imkanı qazanıb.

 

Bu baxımdan ilk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi çağdaş tariximizdə çox mühüm hadisədir. Təsəvvür edin ki, gözümüzün önündə möhtəşəm bir tarix yazılır:  Azərbaycan Prezidenti İlham Əliyev Atəşgahdan “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlini alovlandıraraq bu tədbirin əzəmətini, eyni zamanda Azərbaycan dövlətinin əzəmətini göstərmiş oldu. Bir anlıq gözünüzün önünə gətirin, sanki Prezidentimizin əlində alovlanan o Məşəl Xankəndinin ən yüksək hissəsinə sancılacaq Üçrəngli Bayraq idi! Çox təsirli səhnəydi.

Mən əminəm, inanıram ki, Cənab İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2012-ci ildə  ilk Avropa Oyunlarının Bakıda keçirilməsi qərarına dəstək verəndə məhz bu perspektivi hesablayıb!!! O, Azərbaycanı hər sahədə qalib görmək istəyir, idman yarışlarında da, müharibə meydanında da, siyasi tribunalarda da. Həm də bu qələbələrə hansı yolla, necə olursa-olsun yox, məhz ləyaqətlə, Azərbaycanın adına, amallarına uyğun formada imza atılmasını istəyir və həmişə buna nail olur. Bu baxımdan artıq günlərini saydığımız Avropa Oyunlarının Azərbaycan dövlətinə başucalığı gətirəcəyinə şübhə etmirik. Bu, bir imtahandır. Bu imtahandan həm dövlət, həm də toplum olaraq şərəflə, alın açıqlığıyla çıxmalıyıq.

 

Aydındır, Azərbaycanı sevməyən qüvvələr bu ərəfədə əleyhimizə ən alçaq hərəkətləri etməyə hazırdırlar və edirlər. Düşmənçilikdir, bunu anlayırıq. Amma içimizdəki qüvvələrin onlara dəstək verməsi anlaşılan deyil. Bu, xəyanətdir, hansı üzündən baxsaq, haqq verilməsi mümkünsüz olan əməllərdir. Artıq mediadan məlumdur, erməni havadarları öz çirkin planlarını həyata keçirməyə başlayıblar. Azərbaycanın radikal müxalifətinin, onlara yaxın QHT-lərin bu planın içində yer alması çox iyrənc görünür. Bu, namərdcə müxalifçilikdir. Bu plan Qarabağın Ermənistana təslim edilməsinə hesablanan plandır. Dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda insan hüquqları pozulur və ermənilər bu dövlətin tərkibində yaşaya bilməz, ona görə Qarabağın “müstəqilliyi” tanınmalıdır. Niyə bu şərəfsiz planda iştirak edirsiz? Qarabağı qrant adı ilə aldığınız 5-10 manata necə sata bilirsiniz? Vətəni satmaq, onun maraqlarını hesablamamaq nə vaxtdan müxalifətçilik sayılır? Biz bu xəyanətkarlara qarşıyıq və mediada onların iç üzünü, iyrənc simalarını açmaq üçün nə mümkündürsə, edəcəyik”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“ABŞ Əfqanıstana sülh gətirmədi”

Next Post

“Onlara sərf etməyəndə öz maraqları çərçivəsində oynayırlar” – Əli Həsənov

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Onlara sərf etməyəndə öz maraqları çərçivəsində oynayırlar" - Əli Həsənov

“Qarabağ münaqişəsinin tezliklə həlli üçün BMT, Avropa İttifaqı və ATƏT təsirli addımlar atmalıdır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.