"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident: “Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik”

24 Fevral 2022 - 15:45
in SİYASƏT

“Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə – müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovun “Yaxın vaxtlarda Qarabağda vəziyyətin müəyyən dərəcədə nizamlanmasını nəzərə alaraq Siz necə hesab edirsiniz, indi Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Şanxay Əməkdaşlıq Təşkilatına tərəf meyil edə bilərmi? Belə planlar varmı?” sualına cavabında bildirib.

Dövlət başçısı deyib ki, təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib:

“Mənim Rusiya rəhbərliyi ilə, Çin Xalq Respublikasının rəhbərliyi ilə və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə bu kontekstdə əlaqələrim onu göstərir ki, bizim statusumuzu yüksəltməmək üçün heç bir səbəb yoxdur. Lakin bizə məlum olmayan səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur.

Digər inteqrasiya layihələrinə gəldikdə, biz bunun məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürürük. Fikrimcə heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si – 6-cı və 16-cı bəndlər, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu, baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu etməməliyik. Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik. Buna görə düşünürəm ki, dünənki sənəd sizin sualınıza müəyyən dərəcədə cavab verir. Növbəti mövzuları qabaqcadan duyaraq deyə bilirəm ki, eyni sözlər Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı suala da aiddir. Həm ekspertlər cəmiyyətində, həm də siyasi müstəvidə bu barədə də çoxdan diskussiya gedir. Lakin biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq.

Buna görə də biz hər şeyi praqmatik baxımdan təhlil edəcəyik. Dünən Rusiya Federasiyası Hökumətinin başçısı ilə görüşdə bu mövzu müzakirə edilib. Bizim mövqeyimiz Rusiya tərəfə açıq çatdırılıb ki, biz, necə deyərlər, qarşımıza iki kağız vərəqi qoymalıyıq – harada müsbət cəhətlər, harada müəyyən məhdudiyyətlər ola bilər və ya bizim iqtisadi suverenliyimizə müəyyən dərəcədə düzəliş edilə bilər. Təbii ki, lehinə və əleyhinə olan məqamları təhlil edəndən sonra bizə sərfəli olan qərar qəbul ediləcək. Bununla yanaşı, deməliyəm ki, MDB üzvü olan bütün ölkələrlə, – təbii ki, Ermənistan istisna olmaqla, – azad ticarət haqqında, o cümlədən Rusiya ilə müqavilələr imzalanıb. İqtisadi və gömrük baryerlərinin yumşaldılması istiqamətində addım atılıb. Sonrasını isə, necə deyərlər, yaşayarıq, görərik. Heç nəyi tapmaca kimi tapmaq olmaz və biz heç vaxt qısa müddətdə əldə edilməsi mümkün olmayan hansısa hədəflər elan etməmişik. Lakin təbii ki, bu, bizim komandamızın daxilində müzakirələr çərçivəsində gündəlikdədir” – Prezident qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident Milli Məclisin deputatlarının Ermənistana səfərindən danışıb

Next Post

Prezident: “Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Prezident: “Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur”

Prezident: “Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur”

Dövlət başçısı: “Rusiya bizə 220 min doza “Sputnik V” ayırıb, bu, dostluq jestidir”

Dövlət başçısı: "Rusiya bizə 220 min doza "Sputnik V” ayırıb, bu, dostluq jestidir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.