Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Elchi.az fərmanın mətnini təqdim edir:
1. 2021-ci il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərsin.






