“Dünya İqtisadi Forumu Davosda 47-ci toplantısına başladı. Prezident İlham Əliyev ilk gündən görüşlər keçirir və tədbirlərdə iştirak edir”.
Bunu Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Facebook səhifəsində yazıb.
PA rəsmisinin sözlərinə görə, dövlət başçısı Davos forumu çərçivəsində 25-dən artıq görüş keçirəcək: “Dünya İqtisadi Forumunun əsas qonaqlarından biri Çin Xalq Respublikasının sədridir. Qərb liderlərinin az iştirakı fonunda bu diqqəti daha çox cəlb edir”.




