Azərbaycan prezidenti İlham Əliyev millət vəkili Elxan Süleymanovu təltif edib.
Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikasının parlamentlərarası əlaqələrinin genişləndirilməsində fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.




