Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında təmaslarını başa vurduqdan sonra 05:25-də özəl “TC-TRK” təyyarəsi ilə Türkiyəyə yola düşüb.
Elchi.az xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal, Vaşinqton səfiri Həsən Murat Mercan və Nyu-Yorkun baş konsulu Reyhan Özgür Ər doğanı Con Kennedi Beynəlxalq Hava Limanından yola salıblar.
Prezident Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç, AK Partiya sədrinin müavini Binəli Yıldırım, AK Partiya sözçüsü Ömər Çelik və bəzi şəxslərlə Türkiyəyə gedib.
Nuranə Məmmədova




