Prezident Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. Ərdoğan Baydenə Qəzzada insanlıq faciəsini “dayandır” demişdi. O bildirib ki, bunu söyləmək lazımdır və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsi tezliklə atəşkəsi təmin edə bilər. Görüş tələbi Co Baydendən gəlib.
Elchi.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.
Görüşdə İsrailin Qəzza başda olmaqla Fələstin torpaqlarına hücumları, Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan, İsrailin hücumlarının dərinləşməsinin və uzanmasının mənfi regional və qlobal nəticələrə səbəb ola biləcəyini, Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılmasının, verdiyi vədlərə əməl edilməsinin, 1967-ci il sərhədlərinə əsaslanan müstəqil, suveren, ərazi bütövlüyünün yaradılmasının vacibliyini bildirib. Paytaxtı Qüds olan Fələstin Dövlətinin qurulmasının ən məqbul olduğunu və bunun qalıcı bir həll olduğunu ifadə edib.
Prezident Ərdoğanla Bayden arasında keçirilən görüşdə F-16 məsələsi də müzakirə edilib.
Görüş tələbinin Co Baydendən gəldiyi bildirilib.






