Prezident Rəcəb Tayyib Ərdoğan Ümumdünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün noyabrın 30-dan dekabrın 1-dək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Elchi.az bu barədə DHA-ya istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Dubayda keçiriləcək .
Sammitdə ekoloji problemlər, enerji, qida və sağlamlıq kimi müxtəlif məsələlər, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə siyasətləri ilə bağlı rəhbərlik səviyyəsində fikir mübadiləsinin aparılması planlaşdırılır. Görüş çərçivəsində Ərdoğanın bəzi iştirakçı ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Nuranə Məmmədova






