Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin dəvəti və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı münasibətilə bu gün Yunanıstana rəsmi səfər edəcək.
Elchi.az xəbər verir ki, Afinada prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Görüşlər zamanı ikitərəfli münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və anlaşmaların imzalanması da planlaşdırılır.
Nuranə Məmmədova






