"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev Azərbaycan-Rusiya əməkdaşlığına həsr edilmiş sərgi ilə tanış olub

23 Fevral 2022 - 17:43
in MANŞET

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanış olublar.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az-ın xəbərinə görə, bu, TASS və AZƏRTAC-ın birgə layihəsidir.

İyirmi fotoşəkildən ibarət olan ekspozisiyada Rusiya və Azərbaycan xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət açılır.

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ekspozisiyada təqdim edilən şəkillər barədə qonaqlara məlumat verib. TASS-ın fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Boris Yeltsin tərəfindən Dostluq, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Müqavilənin, 2001-ci ildə Heydər Əliyev və Vladimir Putin tərəfindən Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyanatın və Qafqazda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı prinsipləri haqqında Bakı Bəyannaməsinin imzalanması anlarını əbədiləşdiriblər.

Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putinin, RF xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərindən çəkilmiş fotoşəkillər nümayiş etdirilir.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə ”Dostluq” ordeninin təqdim edilməsi mərasimlərindən çəkilmiş kadrlar Mehriban Əliyevanın Rusiyaya səfərlərini əks etdirir.

2021-ci ildə Cəbrayılda “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin servis mərkəzinin və “Gəncə Avtomobil Mərkəzi” İstehsalat Birliyinin təməlinin qoyulmasını əks etdirən, AZƏRTAC-ın fotomüxbirinin çəkdiyi fotoşəkil iqtisadiyyat sahəsində əməkdaşlıq nümunəsidir. Azərbaycanın Xəzər Gəmiçiliyi üçün tikilmiş “Prezident Heydər Əliyev” neftdaşıyan tankerinin “Krasnoye Sormovo” zavodunun stapellərindən suya buraxılması mərasimindən çəkilmiş fotoşəkli TASS agentliyi təqdim edib.

Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın konsertindən sonra Heydər Əliyevin onunla söhbəti zamanı AZƏRTAC-ın fotomüxbirinin çəkdiyi kadrlar mədəniyyət sahəsində qarşılıqlı münasibətlərdən bəhs edir.

Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri həm rəsmi fotoşəkillərlə, həm də onların Bakı sakinləri ilə qeyri-formal görüşündən çəkilmiş kadrlarla nümayiş etdirilir.

Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Məclisin deputatları İrəvanda Göy məscidi ziyarət edib – FOTO

Next Post

Ərdoğan Ermənistanla sərhədlərin açılmasından danışıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Ərdoğan Ermənistanla sərhədlərin açılmasından danışıb

Ərdoğan Ermənistanla sərhədlərin açılmasından danışıb

“Qazprom”un sədri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Prezident İlham Əliyev TASS-da Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.