"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum etdi

17 İyun 2015 - 12:57
in XƏBƏR LENTİ

Prezident İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum etdi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Hüquq müdafiəçisi Emin Hüseynovun İsveçrənin xarici işlər naziri DidyeBurkhalter tərəfindən ölkədən çıxarılmasının yeni sensasion təfərrüatları məlum olub.
Virtualaz.org saytına hakimiyyət dairələrindəki mənbələrdən daxil olan məlumata görə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 10 aydır gizləndiyi İsveçrə səfirliyinin binasını Azərbaycan və İsveçrə hakimiyyətləri arasında əldə edilmiş razılıq sayəsində tərk edib. Bu razılaşma Azərbaycan və İsveçrə arasında dostluq və tərəfdaşlıq münasibətləri çərçivəsində əldə edilib.
Məlumata görə Emin Hüseynov Azərbaycan dövləti qarşısında vergi borcunu tamamilə ödəyib (təxminən 160 min dollardan söhbət gedir). Həmçinin Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs qətimkan tədbiri humanitar əsaslarla ləğv edilib və E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib.
Xatırladaq ki, bir gün əvvəl YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış edərək Emin Hüseynovun Azərbaycandan qanunsuz şəkildə, gizlicə qaçırıldığını bəyan etmişdi.
Emin Hüseynovun Azərbaycan hakimiyyəti ilə əldə edilmiş razılaşma əsasında, konkret olaraq prezident İlham Əliyevin razılığı ilə ölkəni tərk etdiyini İsveçrə qaynaqları da təsdiq edir. swissinfo.ch xəbər verir ki, İsveçrənin xarici işlər naziri Didye Burkhalter bu barədə yerli RTS kanalına müsahibəsində deyib. O, deyib ki, Emin Hüseynovun azad edilməsi olduqca gərgin və mürəkkəb danışıqların nəticəsi idi.
“Mən ötən il prezident Əliyevlə şəxsən görüşdüm. Bir neçə müzakirələrdən sonra biz belə ortaq qənaətə gəldik ki, Hüseynov Azərbaycanı tərk etsə, daha yaxşı olar”- deyə Burkhalter bildirib.
swissinfo.ch qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda İsveçrənin ən iri ticarət partnyorudur. İsveçrə Azərbaycana əsasən zərgərlik məmulatları, maşınlar, saatlar, əczaçılıq məhsulları ixrac edir. Azərbaycanda bir neçə İsveçrə şirkəti işləyir. İsveçrənin “Axpo” energetika şirkəti TAP qaz kəməri layihəsinə dair konsorsiumun üzvüdür. SOCAR isə İsveçrədə yanacaqdoldurma şəbəkələrinin sahibidir. Həmçinin “SOCAR Trading” treyder şirkətinin ofisi Cenevrədə yerləşir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah İçərişəhərə maşın buraxılmayacaq

Next Post

Əliyev ermənini məğlub etdi – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əliyev ermənini məğlub etdi - FOTOLAR

"Səlim Müslümov islahatçı nazirlərdən biridir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.