"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev II Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edib

01 Sentyabr 2014 - 14:04
in İDMAN, MANŞET
Azərbaycan prezidenti İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yayparalimpia-qabul1-2012 Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib.

 

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

APA – nın məlumatına görə, yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında milli komandamızın Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayan dövlət başçısı idmançılarımızın uğurlarını böyük qələbə kimi qiymətləndirib.

İdmançıları təbrik edən prezident İlham Əliyev qeyd edib ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir.

Dövlət başçısı idmançıların gələcəkdə də böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib. Azərbaycanda keçirilən dünya və Avropa çempionatlarının ölkəmizdə idmanı təbliğ etdiyini, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi artırdığını vurğulayan Azərbaycan prezidenti bildirib ki, idmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər. Bu sahədəki siyasətin hər bir gənc üçün böyük imkanlar açdığını vurğulayan İ. Əliyev London Olimpiadasında əldə etdiyimiz uğurları xatırladıb. O qeyd edib ki, idmanda qazanılan uğurlarla bağlı nəsillər arasındakı əlaqə kəsilməməlidir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müstəqil dövlət olduqdan sonra idmançılarımız iştirak etdikləri hər Olimpiadada böyük uğurlara imza atıblar. Dövlət başçısı yeniyetmə-uşaq idmanına da böyük diqqət göstərildiyini, bunun da ümumilikdə ölkə idmanının inkişafı baxımından vacib olduğunu deyib. Azərbaycan prezidenti bildirib ki, ölkəmizdə gənc istedadlı idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı, bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı təmin edir.

Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının bizim üçün ciddi məsuliyyət olduğunu deyib və bildirib ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. O qeyd edib ki, Avropa idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın inkişafı, müasir infrastrukturun yaradılması, ölkəmizin iqtisadi artım templəri və idmançılarınızın uğurlu çıxışları ilə bağlıdır. Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən dövlət başçısı bildirib ki, bu oyunlar idmançıların və idman növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına isə yaxındır. Prezident İlham Əliyev gənc idmançıların milli komandamızın tərkibinə daxil olacaqlarını və bu yarışlarda uğurlar qazanacaqlarına ümidvar olduğunu söyləyib.

Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmana göstərilən qayğıya, Bakı ilə yanaşı, bölgələrimizdə də nəhəng idman infrastrukturunun yaradılmasına və idmançılarımıza diqqətə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşə yekun vuran prezident İlham Əliyev hələ sovetlər dövründə Azərbaycan idmançılarının mühüm nailiyyətlər qazandığını söyləyib. Lakin müstəqilliyimizin ilk illərində bütün sahələr kimi, idmanın da tənəzzül dövrü yaşadığını deyib.

Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafı naminə gördüyü işlərdən danışan dövlət başçısı o vaxtdan bəri ölkəni tərk etmiş idmançılarımızın Vətənə qayıtması, yeni idman komplekslərinin yaradılması, beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi, idmanla bağlı bütün qurumların uğurla birgə fəaliyyət göstərməsi sahəsində həyata keçirilən işləri qeyd edib. Gənc idmançılarımızın uğurlarından çox sevindiyini deyən prezident İlham Əliyev bildirib ki, gənclərin qələbəsi müstəqil Azərbaycanın nəyə qadir olduğunu göstərir.

Dövlət başçısı bir daha idmançıları təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı qadın təyyarəni partlatmaq istədi

Next Post

Teatr mövsümünün açılış mərasimi Şəkidə keçiriləcək

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post

Teatr mövsümünün açılış mərasimi Şəkidə keçiriləcək

İnterpol Hüseyn Abdullayevin axtarışını dayandırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.