"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev: “Ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq”

18 Dekabr 2021 - 17:01
in GÜNDƏM

“Mən sizin fikrinizlə tamamilə razıyam. Əslində, biz bunu Azərbaycanda ən azından son onillikdə fəal şəkildə həyata keçiririk. Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk. Bu, asan iş deyil, çünki bizim açıq dənizə çıxışımız yoxdur. Biz, birinci növbədə, qonşularımızla yaxşı münasibətlərdə olmalıyıq”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində “Azərbaycan fərqli ölkə olduğu üçün oradakı iqtisadi məsələlər haqqında eşitmək maraqlı idi. Beləliklə, Azərbaycan dünyada, Asiyada çox önəmli strateji mövqe tutur. O, nəinki enerji habına, eyni zamanda, Qərb və Şərq arasında, Çindən Avropaya qədər sanki bir kommersiya, nəqliyyat habına çevrilə bilər. Bu, iqtisadiyyatın şaxələndirilməsinin bir yolu da ola bilər, regionda sabitliyi təmin edə bilər. Eyni zamanda, bu, vəziyyətin sabitləşdirilməsi və sülhə nail olmaq üçün kömək edə bilər. Bu haqda nə düşündüklərinizi mənə deyə bilərsinizmi?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, çünki bu münasibətlər olmadan heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz: “Bu imkanı yaxşı regional əməkdaşlıq mühiti, üstəgəl nəqliyyat infrastrukturuna investisiya yaratdı. Lakin bu, asan deyildi, çünki biz çoxlu sərmayə yatırmalı idik. Bu gün, məsələn, Azərbaycanda bizim altı beynəlxalq hava limanımız var və azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanımız var. Birinin açılışı artıq olub, ikisi də olacaq. Biz ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemini şaxələndirdik. Bizim müasir magistral yollarımız var. Yeri gəlmişkən, Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Beləliklə, bu, artıq baş verir. Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çin də öz mallarını Avropa məkanlarına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var. O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Üstəgəl biz Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal çalışırıq. Bu zona gələn il fəaliyyətdə olacaq. Ümid edirik ki, bu coğrafi mövqe, artıq şaxələnmiş nəqliyyat şəbəkəsi bizə orada çalışmağa üstünlük verən investorları cəlb etməyə kömək edəcək. Beləliklə, nəqliyyat sektoru enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu komponentə yatırılmış investisiyalar, əlbəttə ki, çoxlu mənfəət gətirir. Mən üstəlik Xəzər dənizində ən böyük ticarət limanının açılışını qeyd edərdim. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Gəmiqayırma zavodunun tikintisi. Biz artıq özümüzü bütün növ yük gəmiləri, tanker və bərələrlə təmin edirik. Beləliklə, bu, həqiqətən də böyük aktivdir. Üstəgəl sizin qeyd etdiyiniz kimi, Azərbaycandakı sabitlik, etibarlılıq. Çünki biz heç vaxt heç bir müqaviləni pozmuruq, müqavilədə olan hətta bir sözü belə pozmuruq. Odur ki, bizim tərəfdaşlar bizə etibar edir və bütün qonşularımızla yaxşı münasibətlərimiz var. Əlavə olaraq, ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq, dünən baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib

Next Post

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib

Azərbaycanda son sutkada 582 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.