"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Prezident istədiyi vaxt siyasi gündəmi dəyişə bilir”

10 Fevral 2021 - 10:46
in MANŞET

Qüdrət Həsənquliyev: “Dövlət başçısı həm də bəlli düşərgəyə mövzu verir ki, həftələrlə müzakirə etsin”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

– Qüdrət bəy, orduda bəzi yüksək rütbəli generalların istefaya göndərilməsinə münasibətiniz necədir?

– Ölkəmiz inkişaf edir, yenilənir, dəyişir. Bu dəyişikliklər Ordunu da əhatə etməli idi və bunun anonsunu Prezident 44 günlük Vətən müharibəsi zamanı vermişdi. Mən hər zaman hökuməti Orduda islahatlar aparmağa, Müdafiə Nazirliyinin rəhbərliyini milli kadrlarla gücləndirməyə çağırmışam. Bu gün də əminəm ki, Silahlı Qüvvələrimizi daha güclü etmək üçün müdafiə naziri mülki şəxs olmalı, peşəkar ordu qurulmalıdır. Ordu üzərində güclü parlament və mülki nəzarəti təşkil etmək lazımdır .Ümumiyyətlə, zamanla ayaqlaşıb, qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilməyən kadrlar dəyişdirilməlidir. Amma ona da imkan verilməməlidir ki, kimlərsə yaranmış vəziyyətdən öz dar siyasi məqsədləri üçün istifadə edib bütün məmur təbəqəsini xalqımıza oğru-quldur kimi təqdim etsin. Onların çoxu öz vəzifələrini vicdanla yerinə yetirir. Çox təəssüf ki, 90-cı illərdə partiya-sovet orqanlarında çalışanlar bütövlükdə xalqımıza satqın, rüşvətxor kimi təqdim olunurdu və biz bunun acı nəticələrini yaşadıq.

– Son günlər bəzi şəxslər ölkəmizdə mümkün dövlət çevrilişi barədə danışmağa başlayıblar. Bunun hər hansı əsası varmı?

– Heç bir əsası yoxdur. Güc strukturları, hüquq mühafizə orqanları prezidentə və xalqımıza sadiqdir. Xalqımız Prezidenti müdafiə edir və onun qarşımızda duran problemləri həll edəcək islahatları uğurla həyata keçirəcəyinə inanır .Artıq bu istiqamətdə real addımların atılması üçün ciddi hazırlıq işləri görülür. Çevriliş barədə danışanların isə hər birinin öz marağı var. Biri yalnış olaraq düşünür ki, bununla iqtidara kömək edir, eyni zamanda diqqqəti özünün təxribatçı əməllərindən yayındırır. Digəri fikirləşir ki, bu yolla iqtidar daxilində parçalanma yarada bilər. Bir başqası bu tipli şaiyələr yayıb başqasına etimadsızlıq yaratmaq istəyir. İnkişafın qarşısında kötüyə çevrilmiş başqa biriləri düşünürlər ki, bu tipli şayiələr yaymaqla Prezidenti təhdid edib islahatlardan çəkindirmək olar və s. Amma bu barədə danışanların hər biri ayrılıqda başa düşür ki, Azərbaycanda antikonstitusion yolla hakimiyyət dəyişikliyi dövrü çoxdan başa çatıb və xalqımız onların dediklərini ciddi qəbul etmir. Bir də hansı “ağıllı” torpaqlarımızın 30 illik işğalına son qoymuş, siyasi reytinqinin pik dövrünü yaşayan Prezidenti devirməyi ağlından keçirər.

– İnternet üzərindən belə bir təbliğat aparılır ki,P rezident keçmişə ekskurs etməklə AXC və Musavatı tənqid edirsə bu, o deməkdir ki,onları özünə real alternativ kimi görür və onlardan çəkinir. Siz necə düşünürsünüz?

Prezident çox istəyir ki, məhz onlar Prezidentə qarşı real alternativ kimi görünsünlər. Çünki bərk çığıranların hər biri zaman-zaman bu və digər formada iqtidarla əməkdaşlıq edib və bir çoxu bu gün də edir. Prezident onların “gücünə” və “iradəsinə” yaxından bələddir. Həm də həmin dövr insanların yaddaşında güclü hakimiyyətin olmadığı, torpaqlarımızı itirdiyimiz, dövlət quruculuğunda ciddi uğusuzluqlara düçar olduğumuz silahlı qiyamlar və anarxiya dövrü kimi qalıb. Əlbəttə, Elçibəyin prezidentliyi dövründə bəzi uğurlu qərarlar qəbul olunsa da, ümumən, həmin dövr xalqımızın yaddaşşında xaos dövrü kimi assosiasiya olunur. Nəzərə alsaq ki, həmin dövrdə xarici siyasətdə və qonşularla münasibətdə də problemlər mövcud idi, onda hər kəs başa düşməlidir ki, Prezident niyə o dövrə tez-tez müraciət edir. O da etiraf olunmalıdır ki, Prezident istədiyi vaxt siyasi gündəmi dəyişə bilir, həm də bəlli düşərgəyə mövzu verir ki, həftələrlə müzakirə etsin.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Altay Həsənov medalla təltif olundu

Next Post

Azərbaycan sərhədçiləri Qafan yolunda post qurdu

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Azərbaycan sərhədçiləri Qafan yolunda post qurdu

Azərbaycan sərhədçiləri Qafan yolunda post qurdu

Manat azı 4 il neft dollarlarına bağlı olacaq

“Azeri Light”ın qiyməti 62 dollara çatır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.