Azərbaycan Prezidenti İlham Əliyev Hüseynqulu Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasında təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Hüseynqulu Seyid oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilib.




