Meksika rəhbərliyi Donald Trampın prezident səlahiyyətlərinin icrasından sonra ABŞ administrasiyası ilə yaxşı münasibətlər qurmağa ümid edir, lakin sərhəddə divarın tikintisi üçün pul ayrımaq niyyətində deyil.
Elchi.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Meksika prezidenti Enrike Nyeto bildirib.
“Bizim ABŞ-la fikir ayrılığımız var. Məsələn, tikintisinə görə pul ödəməyəcəyimiz divar, lakin biz yaxşı münasibətlər qurmağa hazırlaşırıq”, – deyə Nyeto Meksikanın səfir və konsulları ilə illik görüşündə vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə Meksika ilə sərhəddə divar tikdirəcəyini bildirmişdi. O bəyan etmişdi ki, divarın tikintisi üçün Meksika tərəfi pul ayıracaq.




