Qısa paltar geyinən qadınlar canlı bomba olmur.
Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev dini geyimlərlə bağlı açıqlamasında deyib.
“Bizim qadınlarımız 50-ci illərdən bəri qısa paltar geyinir və əsla canlı bomba olmağı düşünmədilər. Qırğızıstanı bəyənmirsizsə istədiyiniz yerə gedə bilərsiniz. Yol pulunuzu verərik, Suriyaya belə gedə bilərsiz”, – prezident bildirib.
Qeyd edək ki, bir neçə gündür Qırğızıstanın paytaxtı Bişkek küçələrində dini geyimləri tənqid edən lövhələr yerləşdirilib.




