İran özünümüdafiə hüququ çərçivəsində aprelin 14-nə keçən gecə İsrailə hücum edib.
Elchi.az “ISNA” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla respublika prezidenti İbrahim Rəisi çıxış edib.
“İranın qanuni özünümüdafiə hüququ olan bu müdafiə tədbiri sionist rejimin İranın hədəf və maraqlarına qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq hazırlanıb və icra edilib. “Xüsusilə bu rejimin respublikanın Dəməşqdəki səfirliyinə hücumuna cavab olaraq”, – bəyanatda deyilir.
Nuranə Məmmədova






