Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, mayın 12-də Milli Məclis Aparatının rəhbəri, həqiqi dövlət müşaviri Səfa Mirzəyevin doğum günüdür. Onun 70 yaşı tamam olur.





