"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib – YENİLƏNİB

13 Yanvar 2022 - 14:24
in SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az-ın xəbərinə görə, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

– Cənab nazir, bir daha xoş gəlmisiniz. Mən həqiqətən çox məmnunam ki, siz gəlib bizim ölkəmiz, tərəfdaşlığımız, qardaşlıq münasibətlərimiz üçün mühüm olan bu tədbirdə iştirak etməyə vaxt tapmısınız. Bir daha sizdən Əlahəzrət Krala və Əlahəzrət vəliəhd şahzadəyə ən xoş salamlarımı çatdırmağı xahiş etmək istərdim.

Mən sizin ölkənin rəhbərləri ilə görüşlərimi və qardaş Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərim zamanı mənə göstərilən böyük qonaqpərvərliyi xatırlayıram. Çıxışımda qeyd etdiyim kimi, işğal illərində Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımı bildirmək istərdim. Biz bunu həqiqətən də yüksək qiymətləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi hesab edirik. Əlbəttə ki, bizim beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş birgə səylərimiz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir. Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Mən artıq planlarımız, potensial barədə danışdım. Hesab edirəm ki, biz artıq bu mühüm infrastruktur layihəsinin icrası zamanı gələcəyə baxaraq, nəhəng potensialımızdan istifadə edərək maksimal dərəcədə səylərimizin necə əlaqələndirilməsini nəzərdən keçirə bilərik. Çox şadam ki, bizim nazirlə sizin yaxın münasibətləriniz var. O, mənə OPEC+ formatında və ikitərəfli əlaqələr sahəsində sizin təmaslarınız haqqında müntəzəm olaraq məlumat verir.

Mən investorları cəlb etmək məqsədimizə nail olduğumuzu yüksək qiymətləndirirəm və bu investorun bu sahədə dünyada ən aparıcı şirkətlərdən biri və qardaş ölkədən olması məni şəxsən sevindirir. Bu, bizim üçün və gələcək əməkdaşlığımız üçün çox önəmlidir. Əminəm ki, sizin bizi ziyarət etmək üçün daha çox vaxtınız olacaq. Qeyd etdiyiniz kimi bu, sizin Azərbaycana ilk səfərinizdir. Ümidvaram ki, biz sizi daha da çox görəcəyik. Bir daha xoş gəlmisiniz.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini deyib. Qonaq özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda fəal çalışdıqlarını vurğulayaraq qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyini bildirib. Əbdül Əziz bin Salman Əl-Səud yaxın vaxtlarda daha geniş əlaqələri əks etdirən əməkdaşlıq müqaviləsi layihəsinin təqdim olunacağına ümidvarlığını ifadə edib.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri əlaqalərimizin uğurla inkişaf etdiyini bildirərək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin əhəmiyyətini vurğulayıb, səmərəlilik, bərpa olunan enerji mənbələri və digər aspektlər üzrə baxışlarımızın üst-üstə düşdüyünü məmnunluqla bildirib.

***

12:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elchi.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident yeni stansiyanın təməlqoyma mərasimində – Foto

Next Post

Prezident: “Azərbaycan xalqı Səudiyyə Ərəbistanının işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Prezident: “Azərbaycan xalqı Səudiyyə Ərəbistanının işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır”

Prezident: “Azərbaycan xalqı Səudiyyə Ərəbistanının işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır”

Prezident İlham Əliyev: “Əsrin müqaviləsində bir söz, hətta bir vergül belə dəyişdirilməyib”

Prezident İlham Əliyev: “Əsrin müqaviləsində bir söz, hətta bir vergül belə dəyişdirilməyib”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.