“1000 otaqlı deyil. Yanlış bilirsiniz. 1150 otağı var”.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Cümhuriyyət Xalq Partiyası sədri Kamal Kılıçdaroğlunun yeni Prezident sarayı ilə bağlı tənqidlərinə cavab verib. Kılıçdaroğlu ötən gün sarayın 1000 otaqdan ibarət olduğunu açıqlamışdı, ancaq Ərdoğan bunun yanlış olduğunu, sarayın 1150 otaqdan ibarət olduğunu vurğulayıb. Bununla ilk dəfə olaraq Ərdoğan Prezident sarayının otaqlarının sayını açıqlamış olub.
Ərdoğan Prezident sarayının onun şəxsi mülkü olduğu barədə tənqidlərə də cavab verərək bildirib ki, bu saray onun mülki deyil, Kılıçdaroğlunun da dövlət rəhbərliyi barədə təsəvvürü olmadığını qeyd edib.
f