Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Elchi.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Zaur Qasım oğlu Abdullayevə
general-mayor Mayıl Seminar oğlu Şahverdiyevəhttps://ads.adviad.com/www/images/4b0eef042a4c9aea26e17d6d671df5f5/
general-mayor Yusif Həsən oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.






