İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrininİnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Elchi.az Azərtac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
| Dövlət orqanlarından: | ||
| Quliyev Cəmaləddin Həsən oğlu | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri |
| Həsənov Rasim Aydın oğlu | – | Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri |
| Hümbətov İntiqam Rəsul oğlu | – | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri |
| Kütləvi informasiya vasitələrindən: | ||
| Həsənov Həsən Zal oğlu | – | “Xalq qəzeti”nin baş redaktoru |
| Hüseynov İlqar Məmməd oğlu | – | “Trend” İnformasiya Agentliyinin baş direktoru |
| Quliyev Bəhruz Vaqif oğlu | – | “Səs” qəzetinin baş redaktoru |
| Jurnalist təşkilatlarından: | ||
| Əskərov Ramiz Baxşəli oğlu | – | Azərbaycan Jurnalistlər Birliyinin baş katibi |
| Mirzəyev Ayaz Nizami oğlu | – | “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri |
| Rüstəmov Əvəz Cahangir oğlu | – | “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri. |
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilsin.




