"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident yeni modelə keçir

04 May 2016 - 08:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Prezident Vətən müharibəsi modelinə keçir

Politoloq: “Bunu prezidentin sonuncu işğalçı erməni əsgərinin torpaqlarımızdan çıxarılana qədər döyüşməli olduğumuz haqqında verdiyi bəyanatlar da təsdiq edir”

Qarabağdakı dördgünlük müharibənin bir ayının tamamında prezident İlham Əliyevin xanımı ilə bərabər düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqələrində və hərbi bölmələrdə olması, keçirdiyi görüşlərdə mühüm mesajlar verməsi müşahidəçilər tərəfindən çox ciddi hadisə kimi dəyərləndirilir.
Hesab olunur ki, Ali Baş Komandan faktiki olaraq bu addımı ilə Vətən müharibəsi modelinə keçid istiqamətində mühüm addım atmış oldu və bu addımların davamını çox gözləməyəcəyik. Bu model isə 1941-45-ci illər savaşında olduğu kimi, “hər şey cəbhə üçün, hər şey qələbə üçün” yanaşmasını önə çıxarır. Əgər ölkənin birinci şəxsi bütün diqqətini Vətənin işğaldakı ərazilərinin azad olunmasına yönəldibsə, demək, bütün ölkə vətəndaşları, məmurundan tutmuş fəhlə-kəndlisinə qədər hər kəs bu amalla çalışmalıdır. Hesab olunur ki, indiki həssas və mürəkkəb bir məqamda Azərbaycan prezidentinin xanımı ilə bərabər ön cəbhənin 200 metrliyinə qədər gedərək, təmas xəttindəki yaşayış məntəqələrinə və hərbi hissələrə baş çəkməsi daha çox önəm kəsb edir. Konkretləşdirsək, əvvəlki səfərlərdən fərqli olaraq, budəfəki səfər işğalçıya və onu müdafiə edənlərə, o cümlədən illər boyu Azərbaycanın təslimçi sülhə vadar olacağını gözləyən dairələrə mesajdır.
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında ölkə başçısının cəbhə xəttinə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və önəmli mesaj olduğunu vurğuladı: “Prezident İlham Əliyevin öz xanımı ilə atəşkəsin hər an pozulduğu bir vaxtda, erməni və havadarlarının təxribat əməllərinin öz pik vəziyyətinə çatdığı anda cəbhə bölgəsinə, təmas xəttinin iki yüz metrliyinə səfər etməsi və Ali Baş Komandan kimi hərbçilərlə, təmas xəttində olan kəndlərdə sakinlərlə görüşməsi, onlara dəstək olması, yaralılara baş çəkməsi təbii ki, hərbçilərin qələbə ruhuna və döyüş əzminə müsbət təsir göstərən ən mühüm şərtlərdən biridir. Eyni zamanda bu səfər sakinlər üçün də böyük dəstək və dayaqdır. Erməni qəsbkarları və onların havadarları da görür ki, prezident cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Yəni bütün cəmiyyət bu gün demək olar ki, Vətən müharibəsi modelinə keçir. Bunu prezidentin cəbhə bölgəsində ərazi bütövlüyümüzün qorunmasının vacibliyi və sonuncu işğalçı erməni əsgərinin torpaqlarımızdan çıxarılana qədər döyüşməli olduğumuz haqqında verdiyi bəyanatlar da təsdiq edir. Bir sözlə, biz beynəlxalq normalar çərçivəsində sülh tərəfdarı olmağımızı bəyan etməklə yanaşı, düşmənə güc nümayiş etdirməklə onu danışıqlar masasına əyləşdirməyə qadir və hazırıq. Bunu da etmək üçün həm prezident, həm də Azərbaycan xalqında döyüş əzmi və qələbə ruhu var”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun məsələyə maraqlı yanaşması var:“Ermənistan prezidenti Serj Sərkisyan 6 aprel tarixindən sonra Dağlıq Qarabağa hərbi geyimdə gəlmişdi. Sərkisyanın hərbi geyimdə Xankəndinə gəlişi və işğalçıların bir qisminə medal paylaması Dağlıq Qarabağın Ermənistanın işğalı altında olmasının bariz nümunəsi idi. Bunu beynəlxalq aləmə elə belə də izah etmək lazımdır. Azərbaycan prezidenti İlham Əliyev isə Ağdam və Tərtərə səfəri zamanı və oradakı hərbi kazarmalardakı görüşündə mülki geyimdə idi. Bunun da mənası odur ki, Azərbaycanda hərbi vəziyyət yoxdur, həyat davam edir, Bakıda konsertlər də keçirilir, idman yarışlarına hazırlıq da gedir”. Politoloq qeyd etdi ki, hər iki prezidentin cəbhə bölgəsinə səfərlərinin məqsədi eyni – atəş altında olan insanlara dəstək vermək, onların əhval-ruhiyyəsini qaldırmaq idi:
“Sərkisyanın Talış kəndini tərk edən ermənilərlə görüş keçirdiyi barədə məlumatım yoxdur. Bir də Sərkisyan onlara nə vəd verə bilərdi ki? Münaqişə həll olunmayana qədər Dağlıq Qarabağın erməni əhalisini rahat həyat gözləmir, səksəkə içindədirlər. Təmas xəttinə yaxın məntəqələrdə yaşayan azərbaycanlılar isə işğalçıların bombardmanlarından əsla qorxmur və keçmiş illərdən fərqli olaraq dağılmış evlərini tərk etmir, əkin-biçinləri ilə məşğuldurlar. Belə də olmalıdır. Həmin evlər nə qədər dağıdılsa, bir o qədər də bərpa olunmalıdır. Ancaq ən yaxşısı budur ki, düşmən qüvvələri o qədər geri otuzdurulsun ki, işğalçının mərmiləri mülki evlərə çatacaq məsafədə olmasın”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Azərbaycanın “Qərb qapısı”nı nəzarətə götürür – ilginc gəlişmə

Next Post

“5 rayonumuz qaytarılır” – Sarkisyan təbliğat qurur

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"5 rayonumuz qaytarılır" - Sarkisyan təbliğat qurur

“İmtahana nə ehtiyac var ki, oxumaq istəyir, buyursun” - Sabiq təhsil naziri - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.