Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ölkənin Konstitusiya Məhkəməsi onun qanunu pozduğunu müəyyən etdikdən sonra istefa vermək fikrində deyil.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Zurabişvilinin sözlərinə görə, o, prezident kimi Gürcüstanın “Avropa gələcəyi” üçün mübarizə aparır.
Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Salome Zurabişvilini hökumətin icazəsi olmamasına baxmayaraq, xaricə səyahət etmək üçün qanunu pozmuş hesab edib.
Nuranə Məmmədova






