"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentdən fövqəladə bəyanatlar – Davosa hazır proqramla…

19 Yanvar 2016 - 09:49
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Prezidentdən fövqəladə bəyanatlar - Davosa hazır proqramla...

Dövlət başçısı İlham Əliyev son bir həftədə nazirlərlə ikinci toplantı keçirərək mühüm açıqlamalar verdi: böyük özəlləşdirmə başlayır…

Yanvarın 18-də prezident İlham Əliyev Nazirlər Kabinetinin ölkədəki iqtisadi-sosial vəziyyətə həsr edilmiş fövqəladə toplantısını keçirib. Bu, son bir həftədə prezidentin nazirlərlə keçirdiyi ikinci toplantıdır.
Dövlət başçısının yanvarın 10-dan sonra Nazirlər Kabinetinin fövqəladə toplantısını çağırması bölgələrdə sosial aksiyaların keçirildiyi bir vaxta təsadüf edir. İlk müşavirədən keçən qısa zamanda süni qiymət artımı ilə bağlı tədbirlər həyata keçirilib, unun qiyməti tənzimlənib, maliyyə bazarında sabitləşdirici addımlar atılıb, pensiya, maaşlar və qaçqınların müavinəti artırılıb, o cümlədən  struktur islahatları başlayıb. Yanvarın 18-də keçirilən toplantı verilən mesajlar baxımından əvvəlki iclasın davamı da hesab oluna bilər. 
Prezident çıxışında son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını deyib. İ.Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlət başçısı pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu söyləyib.
Prezident çıxışında yenə də süni bahalaşmaya  qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb, çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü xatırladıb.
Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən İ.Əliyev bəyan edib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.
Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin bu gün keçiriləcək növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.
Qeyri-neft sektorunun inkişafının prioritet olmasının vacibliyini bildirən İ.Əliyev Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.
 
Prezident çıxışında iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. 
 
Nazirlər Kabinetinin toplantısında ən mühüm məsələ isə prezidentin beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, xarici borclanmaya gedilməsi və daxili borclanma üçün dövlət istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı dedikləridir. 
***
Hələ ötən toplantıdan sonra belə ehtimallar vardı ki, Azərbaycanın çətin iqtisadi vəziyyətdən çıxmaq üçün əsas variantlarından biri geniş özəlləşdirməyə qərar verməsidir. Təsadüfi deyil ki, ötən həftə Rusiyanın baş naziri Dmitri Medvedyev də deyib ki, neftin qiyməti kritik həddə ucuzlaşması səbəbindən dövlət müəssisələrinin özəlləşdirilməsi proqramı hazırlanır. Yəni iqtisadiyyatı neftdən asılı ölkələrin əsas çıxış yollarından birini böyük özəlləşdirmədə görür. Prezidentin özəlləşdirmə ilə bağlı anonsu Davos Forumundan bir neçə gün əvvəl verməsi də yəqin ki, təsadüfi deyil. Çünki prezidentin də iştirak edəcəyi Davos Forumunda iş dünyasının ən ünlü simaları, iri şirkət və korporasiya rəhbərləri də iştirak edəcək. Bu isə artıq onlarla ilk danışıqlar üçün mühüm bir açardır ki, prezident bunu elan etdi.
Virtualaz.org saytı yazır ki, böyük özəlləşdirmə proqramına daxil edilə biləcək dövlət səhmdar cəmiyyətləri arasında ilk növbədə “Azərenerji”, AZAL, “Azərsu”, “Azəristliktəchizat”, “Azəraliminium” kimi ASC-lər yer ala bilər. Çünki bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə də, əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.
Prezidentin çıxışını “Yeni Müsavat”a şərh edən ekspert ehtimal edir ki, ola bilsin, söhbət mütləq şəkildə hansısa qurum və ya obyektlərin satılmasından getmir. Məsələn, “Azəriqaz” və “Azərelektrik”in səlahiyyətləri uzunmüddətli idarəetməyə verilə bilər. Çünki vaxtilə Bakının elektriklə təminatı “Barmek”ə verilmişdi. Sonradan bu qurum ləğv olundu, yenə dövlət bu işi öz üzərinə götürdü. Oxşar qaydada kommunal sferada uzunmüddətli idarəetmə və ən müxtəlif konsepsiya formalarından istifadə edərək özəlləşdirmə siyasəti həyata keçirilə bilər. SOCAR-ın tərkibindəki çoxlu sayda müxtəlif müəssisələrin  satılması və ya özəlləşdirilməsi də mümkündür.
Habelə özəlləşdirməyə çıxarılacaq dövlət aktivləri arasında artıq başlamış struktur islahatları nəticəsində ləğv edilən dövlət təşkilatlarının inzibati binaları və əmlakı, onların balansında olan torpaq sahələri və s. yer ala bilər.
Azərbaycanın xarici borclarının aşağı səviyyədə olması qlobal iqtisadi böhranın fəsadlarını aradan qaldırmaq üçün hökumətə əlavə üstünlüklər vəd edir. 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Pənah Hüseyn partiya liderləri ilə danışıqlar aparır

Next Post

Dollar kreditlərində güzəşt

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dollar kreditlərində güzəşt

Prezident müşavirədəki nitqi – TAM MƏTN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.