"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentdən sahibkarlara daha bir güzəşt

11 May 2016 - 20:51
in MANŞET

Azərbaycanda dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Bakıda Fransa Sahibkarlar Təşkilatının – MEDEF-in nümayəndə heyəti ilə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib: “Biz Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışırıq. Çünki 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox yoxsul vəziyyətdə idi. Vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi. Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi. Biz dövləti qurmalı idik. İqtisadiyyat tənəzzülə uğramışdı. İnflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi. Bir sözlə, irəliyə doğru getmək üçün yeganə yol ölkəni xarici sərmayələrə açıq etmək idi. Bu, yeganə yol idi. 1994-cü ildə hökumətimiz Azərbaycanı dünyaya açan “Əsrin kontraktı” adlanan müqaviləni imzaladı. Bu, bizə sərmayələri cəlb etmək, iqtisadiyyatı sabitləşdirmək imkanı yaratdı. 1996-cı il artıq resessiyanın dayandığı ilk il oldu. 1996-cı ildən etibarən ölkəmizdə iqtisadi artım dövrü başladı”.

Dövlət başçısı deyib ki, ən surətli artım 2000-ci ilin ortalarında oldu: “Bu, əsasən, neft hasilatının və qiymətinin artımı ilə bağlı idi. Biz vəsaitləri müasir infrastrukturu yaratmaq məqsədilə sərf etdik, çünki buna ehtiyacımız var idi. Sosial infrastruktur yaradıldı. Azərbaycanda son 10 il ərzində 3 mindən artıq məktəb və 500-dən çox xəstəxana tikildi. Bütün bunlar sosial layihələrdir. Elektrik enerjisi stansiyaları tikildi. Son 10 il ərzində əvvəlki bütün təcrübə illəri ilə müqayisədə daha çox elektrik enerjisinin istehsalı obyektlərini inşa etmişik. Hazırda biz elektrik enerjisini ixrac edirik. Qazlaşdırma qazla zəngin olan ölkədə cəmi 20 faiz səviyyəsində idi. İndi bu, 90 faizdir. Biz qazı idxal edirdiksə, indi onu ixrac edirik. Yol infrastrukturuna gəldikdə, minlərlə kilometrlik, bəlkə də, on min kilometrdən artıq yollar çəkilib. Bütün bunlar inkişaf, yenidənqurma və yerli, xarici sərmayə şirkətləri üçün yaratdığımız əsaslar oldu. Hazırda elə bir vaxtdır ki, biz qeyri-neft sektoruna heç vaxt görünməmiş dərəcədə diqqət yetirməliyik. Ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik. Bu səbəbdən, hazırda sürətləndirdiyimiz fəal və dərin iqtisadi islahatlar bu məqsədi daşıyır”.

İlham Əliyev qeyd edib: “Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı, ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub. Biznes mühitinin yaxşılaşdırılması, şəffaflıq, qəbul edilmiş ciddi qərarlar, Dünya Bankının “Doing Business” hesabatında reytinq göstəriciləri… Davos Dünya İqtisadi Forumun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir. Bir sözlə, nailiyyətlər əldə edilib. İndi isə biz daha çox işlər görməliyik. Əlbəttə, enerji faktoru öz mühüm rolunu oynamaqda davam edəcək. Hazırda biz böyük vəsaitlər tələb edən “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk və öz vəsaitlərimizdən milyardları onun həyata keçirilməsinə yönəltməliyik. Lakin bu, uzunmüddətli strateji layihədir. Bununla yanaşı, hazırda biznes fəaliyyətinə şərait yaradacaq layihələr mühüm əhəmiyyət kəsb edir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Koçaryan da Qarabağa gəldi

Next Post

Dollar krediti olanlara – ŞAD XƏBƏR

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Dollar krediti olanlara - ŞAD XƏBƏR

`Qarabağ münaqişəsi ən yaxın illərdə həll edilə bilər` - Leonid Slutski

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.