
Dünəndən etibarən Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayan prezident İlham Əliyevi ailə üzvləri, o cümlədən, oğlu Heydər Əliyev müşayiət edir.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının ailə üzvləri ilə birgə səfərdən çəkilən fotoları instagramda yerləşdirilib.
Qeyd edək ki, prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun və digər rəsmi şəxslərlə görüşlər keçirib.





