Millət vəkili Sahib Alıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədikləri barədə fikirlərini şəxsi Feysbuk hesabında qeyd edib.
Elchi.az paylaşımı olduğu kimi təqdim edir:
“Heç vaxt populizmə yol verməyən, nəyi, nə vaxt, necə deməyi çox gözəl bilən cənab İlham Əliyevin on milyonlarla azərbaycanlıya məlhəm təsiri bağışlayacaq bu sözləri fikrimcə, kiməsə cavab deyil, sadəcə, Azərbaycanın qüdrətlənməsindən, yeni geosiyasi reallıqdan doğan bir prosesin başlandığının xəbərdarlığıdır:
“Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Yeganə





