"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentin Laçın səfəri: Ermənistanın sonuncu “bal və balta təklifi”

22 Sentyabr 2022 - 16:44
in MÖVQE

“Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərinə səfəri baş tutdu. Səfər çərçivəsinə Prezident Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb. Daha sonra çıxış edən Prezident çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev FB hesabında qeyd edib:

“Prezidentin gündəliyində bir çox mövzu olsa da hesab edirəm onlardan ən diqqət çəkəni Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədi istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar və Azərbaycan ordusunun sərhəd təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlar barəsində danışması oldu. Prezident baş verənlər haqda ətraflı olmasa da mühüm məlumatlar verdi.
“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər” – deyə Prezident bildirib.
Dövlət başçısının sözlərində tarixi və siyasi həqiqət var. Məsələ ondadır ki, Ermənistan 27 il ərzində qondarma “arsax”ın öz müqəddəratını təyin etməsi ilə bağlı yalan məlumatlar yaysa da özü heç vaxt bu qurumu dövlət kimi tanımayıb. Çünki Ermənistanın məqsədi regionda ikinci erməni dövləti yaratmaq deyil, Qarabağın işğalını bu yolla legitimləşdirmək idi.
Məhz buna görə Prezidentin də dediyi kimi “əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Qondarma qurumun “bayrağına” da diqqət etdikdə Ermənistandan qopma, ayrılma təsviri var. Əslində bu belə rəsmi İrəvanın işğalçılıq siyasətinin bir göstəricisidir.
Siyasi reallığa gəldikdə isə, 44 günlük müharibə sonrası rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin başlanmasını istədi. Mayın 23-də Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar. Lakin həmin komissiya bu günə qədər istənilən səviyyədə iş görə bilmədi. Bunun səbəbi də birbaşa Ermənistandır. Rəsmi İrəvan vaxtaşırı etdiyi təxribatlar və diversiya hücumları nəticəsində komissiyanın işinə açıq şəkildə mane olur.
Nəticə etibarilə bu gün Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi, nə də sərhədlərin demarkasiya və delimitasiyasına dair bir sənəd yoxdur. İki ölkə arasında dövlət sərhədləri qeyri-müəyyən qalırsa tərəflərdən heç biri digərini sərhəd pozmaqda ittiham edə bilməz. Xüsusilə də Ermənistan.
Yeri gəlmişkən, prezident də bu məsələ ilə bağlı bir daha qeyd etdi ki, “Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası”.
Prezidentin çıxışının bir digər diqqətçəkən məqamı isə “Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının – Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.
Ölkə başçısının bu ifadəsi əslində Ermənistana qarşı “bal və balta” xəbərdarlığıdır. Belə ki, Prezident açıqca qeyd edir ki, biz sərhədlərin delimitasiya və demarkasiyasına dair işlərin yenidən başlanmasına razıyıq. Bu məsələnin bal tərəfidir. “Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir” ifadələri isə balta mahiyyəti daşıyır. Yəni bizim əlimizdə bir yox, bir neçə tarixi xəritə var. Ermənistan konstruktiv olmayacağı təqdirdə rəsmi Bakı tarixi xəritələr əsasında ərazi iddialarını genişləndirə bilər. Misal üçün Prezidentin qeyd etdiyi XX əsrə xəritələrdən birində Cənubi Qafqaz ölkələrinin dövlət sərhədləri açıq-aşkar göstərilib. Hətta həmin xəritədə Göyçə gölü iki ölkə arasında tam şəkildə bölünüb.
Prezident bununla bir daha Ermənistandan konstruktiv davranıb danışıqlara qayıtmasını, əks təqdirdə əməliyyatların davam edəcəyi, hətta Ermənistanın təsəvvür edə bilməyəcəyi həddə çatacağı mesajını verir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul etdi – Yenilənib

Next Post

“Putinlə Medvedev başlarını itiriblər, şəxsi maraqları naminə…”-Politoloq

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
“Putinlə Medvedev başlarını itiriblər, şəxsi maraqları naminə…”-Politoloq

"Putinlə Medvedev başlarını itiriblər, şəxsi maraqları naminə..."-Politoloq

Koronaya yoluxma halları niyə artır? – Səbəbi açıqlandı

Koronaya yoluxanların sayı açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.