"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentin Qarabağ strategiyası: Rusiya güzəştə gedə bilər

08 Dekabr 2016 - 09:25
in XƏBƏR LENTİ

Rus qazının Türkiyə üzərindən Avropaya daşınması Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırımın ötən gün Moskvaya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçiyə görə, Rusiya-Türkiyə arasında strareji əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsi ehitmalı var:

“Rus qazının Türkiyə üzərindən Avropaya daşınması Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq. Bir neçə aydan sonra prezidentlər növbəti dəfə görüşəcəklər. Bu, Moskva və Ankara arasında başqa məsələlərin həllini də sürətləndirə bilər”.

Bu arada, politoloq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakı səfərinə də toxunub:

“Bu səfər Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskva ilə apardığı dialoqla əlaqəlidir. Böyük ehtimalla, o, Lavrovla Dağlıq Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırıb. Ankara Rusiya ilə danışıqları intensivləşdirib və məqsədi Moskvanın münaqişənin həlliylə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Lavrovun Çavuşoğlunun təkliflərinə cavabı hələ bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin bu fəallığına və Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına etiraz etmir”.

Politoloq hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı Ermənistan hakimiyyətini narahat edir:

“Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Rusiya, hələ ki, Ermənistan hakimiyyətini müdafiə edir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?

Bu suallar Ermənistanın siyasi dairələrində ciddi müzakirə olunur. Qərbdəki erməni lobbisi də Sərkisyanın xarici siyasətindən narazıdır. Erməni lobbisinin qənaətinə görə, Ermənistan hakimiyyətinin Rusiyadan artan asılılığı Ermənistanı fəlakətə aparır. Erməni lobbisi düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək.

Ermənistanın getdikcə kasıblaşması və əhalinin azalması faktoru bu ölkənin əhəmiyyətini azaldır. Erməni lobbisi keçmiş illərdə olduğu kimi Ermənistana pul göndərmir. Bunun qarşılığında iqtisadi çətinliklərə rəğmən, Azərbaycanın hərbi potensialı artır, əhalinin sayı isə sürətlə 10 milyon nəfərə yaxınlaşır. Yəni məntiqlə böyük dövlətlərə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq daha məqbuldur”.

Politoloq onu da bildirib ki, rəsmi Bakı Moskvanın Ermənistan hakimiyyətinə təsir edərək Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyinə çox ümidlidir:

“Hələ ki, bu baş vermir. İnanırıq ki, Ankara da Moskvanı bu məsələyə inandırmağa nail olacaq. Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq, hələ ki, nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyib. Ermənistanı daha çox silahlandırmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil.

Prezident İlham Əliyev Rusiyanın siyasətinin dəyişəcəyini gözləmədən Qarabağ strategiyasını davam etdirir. Bu strategiya Azərbaycan ordusunu gücləndirmək, yeni modern silahlar almaq və bununla Ermənistanı zəiflətməkdən ibarətdir. Rəsmi Bakı Ermənistanı orduya və silah alışına daha çox pul xərcləməyə məcbur edir. Başqa sözlə, İlham Əliyevin Qarabağla bağlı hazırkı strategiyası Ermənistanı yormaqdan, indiki şərtlədə işğalçının insanı və maliyyə itkilərinin artmasını sürətləndirməkdən ibarətdir”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıya qar yağır

Next Post

Qar yağdı, Bakı – Quba yolu cəhənnəmə döndü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qar yağdı, Bakı - Quba yolu cəhənnəmə döndü

Deputat: “Bu işlər Ramiz Mehdiyevə həvalə edilir ki…”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.