"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentin sensasion mesajı: kimə ünvanlanıb?

01 May 2019 - 18:32
in SİYASƏT

Prezidentin ötən gün Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş və yekun çıxışları həddən artıq genişhəmcli və miqyaslıdır.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist, politoloq Aynur Camalqızı deyib. Onun sözlərinə görə, Prezident ölkənin inkişafı ilə bağlı statistikaları xatırlatmaqla, yeni iqtisadi modelə keçid üçün bütün mərhələlərin uğurla adladıldığını diqqətə çatdırdı:

“Prezidentin çıxışındakı tezislərin hər biri yol xəritələri və dövlət proqramlarının hazırlanması üçün istiqamətlərdir və ölkəmizin inkişaf staregiyasının dəqiqliyinə qədər hesablandığını göstərir. Başqa sözlə desək, Prezidentin bütün islahatlara birbaşa nəzarət etdiyi, hər bir prosesin vaxtında həyata keçməsi üçün hüquqi-qanunvericilik bazası hazırlanmasına istiqamət verdiyi və əslində, bütün islahatların vaxtını formalaşdırdığı, yəni prosesi o istiqamətdə yönəltdiyi aydın oldu. Həmçinin bir daha bu mükəmməl çıxışla bəlli oldu ki, Prezident İlham Əliyevin ölkəmizin qarşıdakı 30 illik inkişafı ilə bağlı tam aydın, xırda detallarına qədər hesablanmış strategiyası, dəqiq təsəvvürü var. Azərbaycanın inkişaf strategiyası təkcə mərhələlərlə həyata keçirilmir, eyni zamanda, bu mərhələlər bir-birinin içindən doğulur, bir-biri ilə üzvi surətdə bağlıdır: növbəti islahat üçün vaxtın yetişməsi gözlənilmir, həm də həmin məqam formalaşdırılır, o vaxtın hətta tezləşdirilməsi üçün zəruri olan bütün addımlar atılır. Nəticə isə statistikada öz əksini tapır ki, bunu da Prezident çıxışında xatırlatdı”.

Aynur Camalqızı iclasda anons edilən və xüsusilə 3 sahəni əhatə edən böyük prosesi – yeni sosial iqtisadi modelin hazırlanması (sahibkarlara daha yaxşı şəraitin yaradılması, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahataların həyata keçirilməsi, əlverişli biznes mühitinin inkişaf etdirlməsini), kənd təsərrüfatında yeni islahat kursunun elanı və səhiyyə sistemində inqilabi dəyişikliyə səbəb olacaq tibbi sığortanın tətbiqini – yeni bir dövrün başlanğıcı adlandırıb:

“Ancaq bu məsələdə xüsusi bir nüansı vurğulamaq vacibdir. Cənab Prezident İlham Əliyev bir daha kadr və insan amilinə diqqət çəkdi. Cənab Prezident vurğuladı ki, “hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq”. Bu, cənab Prezidentin həm məmurlara, həm də bütövlükdə vətəndaşlara çağırışıdır: vicdanlı olmaq, üzərinə düşən işi vicdanla yerinə yetirmək əsas amildir. İnsan faktoru qaçılmazdır. Unutmamalıyıq ki, bəzən bir şəxsin qeyri-adekvat fəaliyyəti böyük bir komandanın uğurlu və vicdanlı fəaliyyətinə kölgə salır”.

A.Camalqızı deyib ki, Prezidentin bu sözlərində həm ictimaiyyət, həm də media nümayəndələrinə bir mesaj var:

“Azərbaycanda misli görünməmiş inqilabi dəyişikliklər gedir və bunun müəllifi İlham Əliyevdir. İctimaiyyət olaraq, media nümayəndələri olaraq bu prosesin uğurla aparılmasında fəal iştirak etmək həm də vətəndaşlıq borcumuzdur. Öz işinə vicdanlı yanaşmaq, ölkəmizin milli maraqlarını və təhlükəsizliyinin qorunmasında əlindən gələni əsirgəməmək, iqtisadi islahatların təbliğatı-təşviqat işlərini görmək və mahiyyətini geniş publikaya aydınlatmaqda hamımızın payı olmalıdır. Eyni zamanda, bu proseslərdə Prezidentin iradəsinə zidd olan, qeyri-adekvat davrananlara ictimai nəzarəti də biz yerinə yetirməliyik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zakir Həsənov: “Azərbaycan yeni və müasir silahlar alacaq”

Next Post

Bakıda quraşdırılan yeni liftlərin qiyməti açıqlanıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Bakıda quraşdırılan yeni liftlərin qiyməti açıqlanıb

Bakıda quraşdırılan yeni liftlərin qiyməti açıqlanıb

ABŞ-ın İrandan neft alışına dair tam qadağası qüvvəyə minir

ABŞ-ın İrandan neft alışına dair tam qadağası qüvvəyə minir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.