"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Prezidentin xəbərdarlığından hər kəs nəticə çıxarmalıdır”

30 Yanvar 2015 - 18:11
in CƏMİYYƏT

“Dövlət bu pulu fermerlərə verir, məmurlara yox”img1721854

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Bir neçə gün öncə prezident İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans  keçirildi. Bu müzakirələrdə bundan əvvəlki iki  proqramın əhatə etdiyi dövr ərzində ölkə iqtisadiyyatında və regionların inkişafında əldə olunmuş nailiyyətlərdən geniş danışıldı. Prezidentin dediyi kimi həqiqətən də son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bircə fakt hər kəsə çox mətləblərdən xəbər verir”.
Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Fikrət Yusifov Prezident İlham Əliyevin konfransda səsləndirdiyi fikirləri şərh edərkən deyib.  Bu illər ərzində ölkə iqtisadiyyatına 180 milyard dolllar investitsiya qoyulduğunu deyən F.Yusifov qeyd edib ki, bu da Prezidentin çox haqlı oilaraq dilənçi adlandırdığı Ermənstanın 40 illik dövlət büdcəsinə bərabər bir vəsaitdir: “Uğurlarımız göz qabağındadır və bu barədə biz mətbuatda bir qədər öncə etdiyimiz çıxışlarımızda əsaslandırılmış açıqlamalar vermişik.  Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının birinci ili də çox uğurla başa vuruldu. İndi isə söhbət qarşıda duran 4 il ərzində bu proqramın eyni uğurla icrasının təmin olunmasından gedir. Keçən ilin ortalarından başlayaraq dünya bazarlarında neftin qiymətləri aşağı  düşməyə başlayıb. Bütün neft hasil edən ölkələr kimi bu proses ölkəmizə də təsirsiz ötüşməyəcək. Prezident İlham Əliyev də konfransdakı yekun nitqində məhz bu məsələlərə diqqəti çəkdi. “Neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir… Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər”.
F.Yusifov  hesab edir ki,  xərclərin səmərəliliyini maksimum artırmaq məqsədilə bu xərclərə görə cavabdeh olan məmurların məsuliyəətinin qaldırılması istiqamətində daha ciddi addımların atılması zərurətə çevrilib: “Fikrimizcə, bunun ən doğru yolu ayrı-ayrı  layihələrin icrasına ayrılan vəsaitlərdən istifadənin düzgünlüyünü və səmərəliliyini mütəmadi yoxlayıb israfçılığa yol verən məmurlar barəsində müvafiq tədbirlər görməkdən keçir. İlham Əliyev konfransda bu məsələdən bəhs edirkən “Bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir” –  dedi.   Hesab edirik ki, Prezidentin bu məsələlərlə bağlı konfransdakı  xəbərdarlığı xərclərə nəzarətin ciddi şəkildə artırılacağının anonsdur”.
Prezidentin bank sektorunun daha yüngül qazanc yollarından nəhayət ki, iqtisadiyyatın real sektoruna əsaslı şəkildə üz tutmasının vacibliyinə dair dediklərini diqqət yönəldən BİAB sədrinin sözlərinə görə,  banklar real sektora kreditlərin verilməsində bəzən müxtəlif yersiz və heç nə ilə izah olunmayan tələblər irəli sürürürlər:  “Son nətiəcədə müəsissələrə çox “diplomatik” şəkildə “yox” deyirlər. Bununla bağlı onlarla konkret misallar göstərmək olar. Əslində ölkədə iqtisadiyyatın real sektorunun inkişafının təmin olunmasında bankların rolu kifayət qədər yüksək olmalıdır.  Prezidentin çox haqlı olaraq dediyi kimi, bütün səviyyələrdən dəstək alan və qayğı görən banklar bunu etməyə borcludurlar”.
F.Yusifov  aqrar sektorun daha sürətli inkişafı üçün 2015-ci ilin kənd təsərrüfatı ili elan olunduğunu xatırladaraq  cari ildə bu sektorun qarşısında daha böyük vəzifələr dayandığını deyib: “Aqrar sektorda uğur qazanmağın ən düzgün yollarından biri də sahəyə ayrılan vəsaitlərin öz təyinatı üzrə istifadəsinin təmin olunmasından keçir. Təəssüf ki, bu, həmişə belə olmur və elə buna görədir ki, Prezident yekun nitqində “Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox.” – deyərək məmurlardan tələb etdi ki,  aqrar sektora ayrılan subsidiyaların və digər vəsaitlərin istifadəsinə ciddi nəzarət etsinlər. Elə buna görə də 2015-ci ildə aqrar sektorda çalışan məmurların və yerli icra orqanlarının üzərinə ciddi vəzifələr düşür. Ümumiyyətlə,  Pezidentin  bu xəbərdarlıqlarından hər kəs nəticə çıxarmalıdır – bunun alternativi yoxdur”.
(Musavat.com)

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvanda ana fəryadı (VİDEO)

Next Post

Bakıda müəlliməni döyən müəllim həbs edildi – (Video)

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bakıda müəlliməni döyən müəllim həbs edildi - (Video)

Köçəryan Sərkisyanı yıxmaq üçün işə başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.