“Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş müsbət məqamları inkişaf etdirmək üçün prezidentlər arasında növbəti görüşün təşkil olunması imkanlarını araşdırırıq”.
Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, bununla bağlı hələlik konkret plan olmasa da, həmsədrlər tərəflərlə birlikdə yaxın gələcəkdə bunu həyata keçirəcəklər:
“Hərtərəfli sülh sazişin elementləri, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində stabilliyi genişləndirəcək tədbirlər istiqamətində irəliləyişin əldə olunmasını davam etdirmək tərəflər üçün çox vacibdir”.




