"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Sumqayıtda seçicilərlə görüşüb

16 Yanvar 2024 - 22:45
in Cebhe-banner, MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə inamizəd Qüdrət Həsənquliyev Sumqayıtda seçicilərlə görüşüb.Görüşdə Qüdrət Həsənquliyev böyük dəyişiklik platformasından bəhs edib. Platformasında Azərbaycanın bütövlüyü, dövlət suverenliyi, fərdi azadlıq, parlament demokratiyası, qanunun aliliyi, vətəndaşların mülkiyyət hüquqlarının qorunması, ədalətli vergilərin tətbiqi, hakimiyyətin ümumxalq səsverməsi yolu ilə ötürülməsi, azad bazar iqtisadiyyatı, cəmiyyətin hüquqi-siyasi islahatlar yolu ilə irəli aparılması kimi demokratik təməl prinsipləri, eləcə də Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsini əsas götürdüyünü bildirib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

BAXCP ekstrimizmin, separatizmin, terrorizmin, avtoritarizmin, irqçiliyin və ayrı-seçkiliyin bütün formalarını rədd edir, ədalətli və inkluziv cəmiyyət, hüquqi dövlət quruculuğunu və demokratiyanın inkişafını özünün başlıca hədəfləri saydığını qeyd edən Qüdrət Həsənquliyev prezident seçkilərində uğur qazanacağı təqdirdə aşagıda yer alan istiqamətlərdə islahatların aparılmasını vəd edib:

Dövlət quruculuğu sahəsində:
Qarabağ üzərində dövlət suverenliyinin bərpası münasibətilə geniş amnistiya aktının qəbulu;
9 ay ərzində dövlət idarəetməsinin parlament respublikası modelini əsas götürən yeni Konstitusiyanın qəbulu;

2025-ci ilin fevralında yeni Konstitusiyaya uyğun olaraq proporsional seçki sistemi əsasında yeni parlament seçkilərinin keçirilməsi
Yeni Konstitusiyada ölkəmizin Şimali Azərbaycan Cümhuriyyəti adlandırılması;
Dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyətin bölünməsi (hakimiyyətin ayrı-ayrı qollarının bir-birinə nəzarət etməsi və balans yaratması) prinsipinə real məzmun verilməsi
Milli Məclisin Ali Məclis adlandırılması;
Çoxpartiyalı sistemin inkişafı üçün parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunmasının konstitusion əsasının yaradılması və hər bir partiyaya və ya partiyalar blokuna Ali Məclisə keçirilən seçkilərdə topladığı səsdən asılı olmayaraq yerlərin 2/3- dən artığına sahib olmanın qadağan edilməsi;
Yeni Konstitusiyaya uyğun olaraq yeni seçki məcəlləsinin qəbulu;
Bürokratik aparatın müstəqil siyasi qüvvə kimi siyasi sistemdə çıxış etməsinə, o cümlədən siyasi vəzifələrə kadrlar seçməsinə son qoyulması
Parlamentdə 5 il müddətinə seçiləcək prezidentə məhdud səlahiyyətli “seremonial şəxs” status verilməsi, icra hakimiyyətinin başında Baş Nazirinin dayanması;
Baş Nazirin namizədliyinin parlament seçkilərində qalib gələn siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi və Ali Məclisdə seçilməsi
Dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması və dövlət aparatını çevik və yığcam etmək üçün məmurların sayının 1/3-dək azaldılması;
Millət vəkillərinin 4 il müddətinə seçilməsi, onların sayının 151 nəfərə çatdırılması,

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev fevralın 7-də seçiciləri səsvermədə aktiv iştirak etməyə dəvət edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

OrBan Avropa Şurasının rəhbəri postuna müraciət etməkdən imtina edib

Next Post

Səbuhi Məmmədli vəfat etdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Səbuhi Məmmədli vəfat etdi

Səbuhi Məmmədli vəfat etdi

Milli Məclisin ilk plenar iclasının vaxtı məlum oldu

Milli Məclisin ilk plenar iclasının vaxtı məlum oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.