
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, “Cəbhəçilər Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev bu gün Şirvan şəhərində seçicilərlə görüşüb.
Elchi.az xəbər verir ki, görüş Şirvan Olimpiya Kompleksində baş tutub. Dövlət himninin səsləndirilməsi ilə başlayan görüşdə seçicilərə Razi Nurullayevin tərcümeyi-halı haqqında qısa məlumat verilib.
Tədbirdə çıxış edən prezidentliyə namizəd Razi Nurullayev seçiciləri seçki platforması ilə tanış edib. Razi Nurullayev çıxışı zamanı xalqın sosial problemlərinə toxunub, onların sosial rifah halının yaxşılaşdırılması üçün seçki platformasında nəzərdə tutulan təklifləri səsləndirib. Prezidentliyə namizəd deyib ki, xalqın rifah halının yüksəldilməsi üçün 1941-45-ci il müharibəsindən sonra Fransa modelinin tətbiqi ilə həyata keçirmək olar.
Sonra Razi Nurullayev görüş iştirakçılarının suallarını cavablandırıb, problemlərini dinləyib.








