"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentliyə namizəd xanım jurnalistə ədəbsizlik etdi

09 Avqust 2015 - 15:55
in XƏBƏR LENTİ

Prezidentliyə namizəd xanım jurnalistə ədəbsizlik etdi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd Donald Tramp “Fox News” telekanalında keçirilən debatda ona çətin suallar vermiş jurnalist Megin Kelli barədə ədəbsiz danışığına görə mühafizəkarların şənbə günü keçirilən nüfuzlu tədbirinə dəvətini itirib.
Donald Tramp başqa respublikaçı namizədlərlə birlikdə mühafizəkarların “RedState” adlı toplantısına dəvət olunmuşdu.
Cümə günü keçirilən debatda üç moderatordan biri olan xanım Kelli ona keçmişlərdə qadınlar barədə ədəbsiz danışmasına dair sual verərkən Donald Tramp tamamilə təmkinini itirib.
Xanım Kelli Trampa xatırlatmışdı ki, o, əvvəlki qeydlərində qadınlar barədə “piyli donuz”, “itlər”, “pinti” və “iyrənc heyvanlar” kimi ifadələrə yol verib.
Prezidentliyə namizəd bu sualları qərəzli saydığından reaksiyası da kəskin olmuşdu.
Debatdan sonra CNN kanalına müsahibəsində müzakirə zamanı əsəbiliyi barədə suala cavablar verərkən də Tramp əsəbilik nümayiş etdirib.
O, xanım Kelli haqqında deyib: “O, mənə cürbəcür axmaq suallar verirdi… Bilirsinizmi, onun gözlərindən qan damırdı, daha nə bilim harasından…”
Bu müsahibədən sonra sosial şəbəkələrdə əsl partlayış yaşanıb. İstifadəçilərin əksəriyyəti qadın jurnalist barədə qadınların fizioloji xüsusiyyətinə ehyam vurmaqla danışan namizədi kəskin tənqid edirdi.
Bu müsahibədən bir-iki saat sonra Atlantada keçirilməli olan “RedState” tədbirinin təşkilatıçısı Erik Erikson bəyan edib ki, cənab Trampın bu tədbirə dəvəti ləğv olunur.
E.Erikson deyib ki, Trampın qeydləri qadın jurnalistlərə, bütünlükdə qadınlara qarşı həqarətdir.
E.Eriksona sosial şəbəkərlərdə cavab verən milyonçu “onun özünün də çox ədəbli danışıq tərzi ilə fərqlənmədiyni” bildirib.
Təhlilçilər bildirirlər ki, D.Trampın debatlar və kampaniya zamanı davranışı hələ bu hadisədən əvvəl də onun respublikaçı həmkarlarını təngə gətrimişdi. Hərçənd Tramp rəy sorğularına görə onların hamısını geridə qoyur.
Mətbuat bildirir ki, Tramp populyarlığını əksər siyasətçilərin “səliqəli və ədəbli danışıqlarını” “xalq dilində” lağa qoyması ilə qazanıb.
Respublikaçı partiyadaşları tərəfindən “pozuculuqda” ittiham olunan Tramp bunu da dilə gətirib ki, lazım gələrsə, kampaniyanı müstəqil namizəd kimi də davam etdirə bilər.
Trampın ləğv edilmiş dəvətnaməsinin əvəzində tədbirə elə jurnalist Megin Kelli dəvət olunub.
Böyük yanlışlığa yol verdiyinin fərqinə varan Tramp sonradan “qan” məsələsinə aydınlıq gətirmək istəyib və deyib ki, o guya “başqa yer” deyəndə jurnalistin burnunu nəzərdə tuturmuş.
ABŞ mediası yazır ki, çıxışlarında ədəb-ərkan sərhədi tanımayan Trampın ciddi büdrəyəcəyi gözlənilirdi.
Yeri gəlmişkən, şənbə günü Trampsız keçirilən tədbirdə respublikaçşı namizəd, keçmiş prezidentin qardaşı Ceb Buş deyib ki, Tramp elektoratın azı 53 faizini təhqir edib.

Əmlak maqnatı Donald Tramp Azərbaycanla əlaqələrinə görə də tanınır. Bu yaxınlarda ABŞ mediasında dərc olunmuş bir məqalədə onun nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla sual doğuran ortaqlığından söhbət gedirdi. Bakıda Trampın adını daşıyan göydələn otelin əslində nazir oğluna aid olduğu iddia edilir (Azadlıq Radiosu).

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Jurnalisti döyüb, öldürən şəxslərdən bir neçəsinin kimliyi məlumdur – VİDEO

Next Post

DİN və Baş Prokurorluqdan ölən jurnalistlə bağlı- Açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

DİN və Baş Prokurorluqdan ölən jurnalistlə bağlı- Açıqlama

ABŞ qırıcılarını Türkiyəyə göndərir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.