"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Priqojin qiyamı: Bu, Putinin oyunu idi?

25 İyun 2023 - 12:30
in MANŞET

Priqojinin geri çəkilməsi baş verənlərlə bağlı cavabı proseslərin inkişafında ortaya çıxacaq sual yaradır: bu qiyam idi, yoxsa Putinsiz Rusiyanın necə olacağını ictimai rəyə nümayiş etdirmək üçün səhnələşdirilmiş oyun?!
“Vaqner”lə Rusiya ordusu arasında iki aya yaxındır davam edən qarşıdurma, Putinin Müdafiə Nazirliyini dəstəkləməsi, Priqojinin indiyə qədərki etiraz çıxışları, ümumiyyətlə, Ukrayna cəbhəsindəki uğursuzluqlar fonunda Rusiyada yaşananlar baş verənlərin spontan qiyam olduğunu göstərir. Və Lukaşenkonun vasitəçiliyi ilə qiyamın qarşısı alındı, Putin də Ukraynada çətin vəziyyətin olduğu vaxtda “xain” elan etdiyi Priqojinlə hesablaşmanı sonraya saxladı.
Hərçənd, açıq qalan məqamlar şübhələrə də yol açır:
– “Vaqner”in maneəsiz hərəkət etməsi: Kremlin çevriliş təhlükəsinə qarşı cavabı daha sərt olmalı idi, xüsusilə Putinin Qroznı və Dubrovka əməliyyatını xatırlayarkən;
– Priqojin də anlayır ki, Putin onu xain elan edəndən sonra bağışlamayacaq və geri çəkilmək ölümünə razı olmaq deməkdir;
– Ən mühüm məqam Putinin xalqa müraciətinin mətnidir: 1917-ci ili xatırladır və bildirir ki, istənilən daxili xaos dövlət və millətin varlığına ölümcül təhlükədir, xəyanət edən, silahlı qiyam edənlər cavab verəcək.
Və Putin bununla təkcə “Vaqner”i yox, bundan sonra onun hakimiyyətinə qarşı istənilən təhlükəni “dövlət və xalqa qarşı təhdid” kateqoriyasına daxil edir, bunu real mənzərə ilə ictimai rəyə nümayiş etdirir, həm də “Putinsiz Rusiyanın necə ola biləcəyini” göstərir.
Bu məqamlar qiyamın əslində səhnələşdirilmiş olduğu versiyasını ön plana çıxarır. Lakin bu, Putin-Priqojin razılaşmasından daha çox, Putinin “idarəolunnan xaos” planı kimi görünür. Rusiyanın imperiya siyasətinin əsas prinsipi bəllidir: tərəfləri döyüşdürmək və “hakim” rolunda daim özündən asılı vəziyyətə salmaq; “Vaqner”lə Müdafiə Nazirliyi arasındakı uzunmüddətli çəkişmə də Putinin bütün tərəflərin ondan asılılığını saxlamağa hesablanmış gedişi ola bilər;
Bu baxımdan, Priqojini qiyama qədər gətirib çıxaran proses Putinin özünün oyunu kimi də görünür.
Baş verənlər Rusiyanın “qan itkisi” ilə nəticələndi, amma nəticə etibarilə Putinə:
– problemli Priqojini neytrallaşdırmaq və “Vaqner”ə nəzarət üçün;
– ordu rəhbərliyində dəyişiklik üçün;
– və hakimiyyətinə qarşı istənilən təhdidi “dövlət və millətə təhlükə” olaraq sıradan çıxarmaq üçün əsaslar və ictimai legitimlik qazandırdı.
Və ruslara “Putinsiz Rusiyanın taleyi” göstərildi. Putin ordu daxilindəki qarşıdurmanı rus ictimaiyyətinə əyani şəkildə nümayiş etdirməklə Ukrayna cəbhəsindəki uğursuzluqların məsuliyyətini də hərbçilərin üzərinə yükləyir və bundan “böyük təmizləmə” üçün istifadə edəcəyi istisna deyil.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi?

Next Post

İçki şüşəsi sağlamlığa mənfi təsir edir

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
İçki şüşəsi sağlamlığa mənfi təsir edir

İçki şüşəsi sağlamlığa mənfi təsir edir

Tələbələrin xarici ölkələrdə dini təhsil almasını istəmirik

Tələbələrin xarici ölkələrdə dini təhsil almasını istəmirik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.