Rusiyada siyasətçi Aleksey Navalnının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Elchi.az xəbər verir ki, prosesdə prokuror Navalnının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Aleksey Navalnıya bu cəza dələduzluq və məhkəməni təhqir etdiyinə görə açılmış cinayət işinə görə istənilib.
Azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, dövlət ittihamçısı Navalnının 1,2 milyon rubl məbləğində cərimə ödəməsini də tələb edib.





