"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Psixi problemli insanların sayı artır

25 Noyabr 2015 - 13:17
in XƏBƏR LENTİ

Azərbaycanda təşvişli və panik psixi pozuntulardan əziyyət çəkənlərin sayı artıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

F.İsmayılovun sözlərinə görə, əvvəllər təşvişli və panik psixi pozuntulu xəstələrin sayı az olduğu halda, son vaxtlarda belə müraciətlərin sayı artıb: “On il bundan əvvəl bir ildə 3-4 belə xəstə görərdim. Amma indi, demək olar, hər həftə ən azı bir belə xəstə müraciət edir”.

Mərkəz direktoru qeyd edib ki, təşvişli psixi pozuntulardan əziyyət çəkən insanlar özlərində daim emosional gərginlik hiss edir, daim nə isə pis bir hadisənin baş verəcəyini gözləyirlər. Belə xəstələrdə, eyni zamanda təngnəfəsliyin yaranması, ürək döyüntüsünün dəyişməsi, tərləmə halları baş verir.

O, əlavə edib ki, panik pozuntulardan əziyyət çəkən insanlarınsa 2-3 dəqiqə ərzində sanki nəfəsləri dayanır: “İnsan həmin an fikirləşir ki, mən ya öləcəyəm, ya da dəli olacağam. 2-3 dəqiqədən sonra bu hal ötüb keçir. Belə xəstələr öz səhhətlərindəki bu narahatlığa görə kardioloq, nevropatoloq və endokrinoloqlara müraciət edirlər. Amma həmin həkimlərin müayinələri zamanı heç bir mənfi hal aşkarlanmır, analizlərin nəticələri normal olur”.

F.İsmayılov deyib ki, təşvişli və panik psixi pozuntulardan əziyyət çəkənlərin artması tendensiyası yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir: “Bu artımın səbəbini konkret amillərlə izah etmək olmaz. Amma indi dünyada informasiya axını artıb, insan beyni kənardan daha çox informasiya alır. Bizim beynimiz sanki bu informasiyaları almağı çatdıra bilmir. İnformasiya çox olduqda insan beyni kompüter kimi “donur”. Bu da təşvişli pozuntulara, panik pozuntulara gətirib çıxarır”.

O bildirib ki, əvvəllər təşvişli və panik pozuntulara gənclər arasında rast gəlinməzdi. Bu pozuntular daha çox 50-60 yaşdan sonra müşahidə olunurdu: “İndi isə uşaqlar, yeniyetmələr, gənclər arasında, xüsusilə abituriyentlər arasında təşvişli pozuntular çoxalıb. İmtahan qabağı yaranan təşvişli pozuntuya görə mərkəzə çox abituriyent müraciət edir”.

F.İsmayılov qeyd edib ki, daha ağır xəstəlik olan şizofreniya və bipolyar affektiv pozuntularla bağlı mərkəzə müraciət edənlərin sayı ötən illərlə müqayisədə təqribən eynidir: “Bu rəqəmlər təqribən 20 il əvvəlki kimidir. Əhali arasında 1 faiz şizofreniya, 1,5 faiz bipolyar affektiv pozuntu müşahidə edilir”.

Mərkəzin direktoru əlavə edib ki, iki fazadan ibarət olan bipolyar affektiv pozuntu xəstəliyinin birinci fazasında insanda ruh düşkünlüyü, pis fikirlər yaranır, enerjisi olmur. Xəstəliyin ikinci fazası isə birincinin tam əksi olur, yəni insan çox gümrahlaşır, onda özünü qiymətləndirmə çox yüksək, hiperaktiv olur, insanları narahat edir, planlarını tez-tez dəyişir: “Bu, kifayət qədər ciddi xəstəlikdir və onu müalicə etmək lazımdır. Bu xəstəlik əvvəlllər – XIX əsrdə, XX əsrin 1950-1960-cı illərindəki elmi ədəbiyyatlarda maniakal-depressiv psixoz adlanırdı. Amma əslində bu, psixoz deyil. Bu, bipolyar, yəni iki qütbü olan pozuntudur. Bu xəstəliklərin müalicəsi indi daha effektiv olub. Əvvəlllər bu xəstəlikdən əziyyət çəkənlər mütləq xəstəxanada yatırdılar, amma indi bu xəstəlik ev şəraitində də müalicə oluna bilər”.

Bütün dünyada psixi pozuntularla bağlı stiqmanın olduğunu deyən F.İsmayılov Azərbaycanda bu stiqmanın daha güclü olduğunu söyləyib. O, cəmiyyətdə psixi xəstələrin təhlükəli olması barədə yaranan fikirlərin də əsassız olduğunu deyib: “Belə bir mif var ki, guya psixi xəstələr təhlükəlidir. Amma aparılan tədqiqatlar göstərir ki, psixi xəstələr təhlükəli deyil. Əksinə, onlara qarşı daha çox ədalətsizlik olur, onlar öz hüquqlarını tez-tez müdafiə edə bilmirlər. Psixi xəstələr daha mehriban, utancaq olurlar. İstənilən aqressiv insanlara psixi pozuntusu olan insan deyə bilmərik. Psixi pozuntusu olan insanlar arasında aqressiv, cinayətkar olanların sayı çox azdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda kütləvi dava

Next Post

“Sabitliyin pozulmasında tərəflərin maraqlı olduğuna inanmıram”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Sabitliyin pozulmasında tərəflərin maraqlı olduğuna inanmıram"

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 500 milyon manata qaldırılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.