"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pulumuzu hansı valyutada saxlasaq yaxşıdır? – Manat, yoxsa dollar?

19 Aprel 2017 - 18:27
in İQTİSADİYYAT

Pulumuzu hansı valyutada saxlasaq yaxşıdır?

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

“Nə qədər ki, valyuta bazarına təsir göstərən müvafiq göstəricilər üzrə vəziyyət qənaətbəxş olacaq, manat dollara qarşı münasibətdə möhkəm mövqe nümayiş etdirməkdə davam edəcək. Yəni ki, ucuzlaşma qeydə alınmayacaq”.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
“Bu göstəricilər sırasına isə neftin dünya bazar qiymətləri, idxal və ixrac əməliyyatları üzrə vəziyyət, dövriyyədə nağd pul kütləsinə tələbatın passiv mövqe nümayiş etdirməsi, ölkədə dollarlaşma səviyyəsinin yüksək səviyyədə qalması və sair daxildir.
Ümumiyyətlə, hələ keçən ilin sonundan bəlli idi, bu il ərzində manatın dəyəri sabit xarakter daşıyacaq. Bunu ilin birinci rübü ərzində əldə olunan bir sıra iqtisadi göstəricilər deməyə əsas verir.
Məlum olduğu kimi, xarici ticarət dövriyyəmizdə 1 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb. İdxal 17% azalmışdır. Keçən ilin əvvəlindən başlanılan ixracın təşviqi, stimullaşdırılması və genişləndirilməsi tədbirləri rüşeym halında artıq öz nəticələrini göstərməkdədir.
Dövlət büdcəsi xərcləri əvvəlki illərdəki kimi həyata keçirilmir. İnvestisiya xərcləri məhdudlaşdırılmış vəziyyətdədir. Kreditləşdirmə, demək olar ki, sıfır vəziyyətindədir.
Düzdür, bunların bir çoxu müsbət, bəziləri isə mənfi amillərdir. Lakin müsbət olanlar getdikcə güclənərsə, mənfi amillər tədricən aradan götürülməklə, bütövlükdə real vəziyyətin daha da möhkəmlənməsinə xidmət etməlidir”, – deyə P.Heydərov qeyd edib.
Ekspert vətəndaşlara pulun 50%-ni manatda, 50%-ni isə dollarla saxlamağı tövsiyə edib:
“O ki qaldı əhalinin öz sərbəst vəsaitlərini yaranmış yeni iqtisadi və maliyyə durumu ilə əlaqədar məhz hansı valyutada saxlamasının daha məsləhət olduğu məsələsinə, qeyd edim ki, əgər keçən il və ondan əvvəlki ildə manat və ABŞ dolları ilə olan pulun uyğun olaraq 25/75% nisbətində qorunmasının məqsədəuyğun olduğunu qeyd edirdimsə, indi artıq bunun balanslaşdırılmış şəkildə, yəni ki, 50/50% nisbətinə transfer edilərək dəyişdirilmiş şəkildə olmasının heç bir təhlükəli xarakter daşımadığını inamla tövsiyə edə bilərəm”.
Pərviz Heydərov xatırladıb ki, manat hədsiz bahalaşan deyil:
“Onu da qeyd edim ki, manat nə cür iqtisadi faktorlar olursa-olsun, hədsiz bahalaşan da deyil. Yəni, o, bir daha 0,78 qəpik olan deyil. Heç 1,50 AZN-ə qədər dəyər qazanacağı da real deyil.
Ancaq ABŞ dollarının 2 AZN olacağına dair “qorxulu buludlar”da artıq mövcud deyil. Üfüqdə hansısa qaraltı gözə dəysə də belə, narahat olmağa dəyməz”.
Elchi.az
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

28 yaşlı oğlan özünü asdı – Bakıda

Next Post

Bu deputatlar mandatdan məhrum ediləcək

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Bu deputatlar mandatdan məhrum ediləcək

Azercell gənclər üçün yeni müsabiqə keçirir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.