
Prezident Putin Rusiya imperatorunun tacını başına qoymaqdan imtina edib. Cebhe.info xəbər verir ki, xalq artisti Gennadi Xazanovun yubiley mərasimində iştirak edən Putin yubilyara mətbəxə dair kitab hədiyyə edib. Xazanov isə prezidentə imperatorun tacının oxşarını təqdim edib və prezidentin başına tacı qoymaq istəyib.
Ancaq prezident tacı başına qoymaqdan imtina edib: “Yubilyar mən yox, sizsiniz. Buna görö də tac sizin başınıza qoyulmalıdır”.
Xazanov isə öz növbəsində tacın onun üçün həddindən artıq ağır olduğunu deyib. Xalq artisti bildirib ki, prezident üçün hədiyyəni onun ad günündə-oktyabrın 7-də hazırlasa da, verə bilməyib.
Ancaq Putin tacı hədiyyə kimi şəxsən qəbul etməkdən imtina edib: “Əgər siz kiçik bir şey gətirsəydiniz, mən onu qəbul edərdim. Amma bunu Kremlə vermək lazım gələcək”.
Cebhe.info
– See more at: http://www.cebhe.info/oxu/6514/#sthash.t7Z1rHcI.dpuf



