“Rusiya Prezidenti Vladimir Putin 19-cu, 18-ci, 17-ci və digər əsrlərdən bizə məlum olan imperiya təfəkkürünə malikdir”.
Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolz bildirib.
“Sən öz ölkənin gələcəyini məhv edirsən”, – deyə kansler bildirib.
O, yenidən Putini atəşi dərhal dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb.
Kansler Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərdiyini təkrarlayıb və Kremli Berlinin Ukraynanı müdafiə silahları ilə təmin etməyə davam edəcəyinə əmin edib.






